Sevdiyi qadını, başqa kişi ilə mesajlaşdığına görə öldürməyə cəhd edən şəxsə hökm oxunub » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:06 “Apple” planşet istəyənlərə PİS XƏBƏR: Təkmilləşdirilmiş ekran olmayacaq  |     22:59 Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü  |     22:52 Bu il hər addımda şanslı olacaq BÜRCLƏR  |     22:44 “Apple” çoxdan gözlənilən cihazları mayda nümayiş etdirəcək  |     22:39 Ana 3 yaşlı qızını caduya görə öldürdü  |     22:31 Bakının bu rayonunda bu gecədən qaz kəsiləcək  |     22:26 İmişli-Biləsuvar yolunda “Prado” aşıb, ölənlər və xəsarət alanlar var  |     22:15 Elektron siqaretlərlə bağlı xəbərdarlıq – “Xərçəngə səbəb olur”  |     22:08 Əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək  |     22:02 Pilləkənlərlə qalxmaq ömrü uzadır  |     21:55 Girişində “7/24” yazılan bəzi apteklər gecələr niyə işləmir? – AÇIQLAMA  |     21:49 Avtobusların arxasında “gizlənən” sürücülər - VİDEO  |     21:37 Moskva aeroportunda partlayış təhlükəsi elan edilib  |     21:31 40 azn rüsumu olan sağlamlıq arayışı mayın 1-dən kimlərə pulsuz veriləcək? - VİDEO  |     21:18 İstirahət günü hava necə olacaq?  |     21:01 ABŞ Gürcüstana qarşı siyasətində dəyişiklik edəcəyini açıqladı  |     20:55 Cəlilabadda minik avtomobili yanıb  |     20:46 Zəngəzurda İrana məxsus avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var  |     20:38 Azərbaycanda geostasionar orbitlərdəki peyk rabitəsi vasitələrini özəlləşdirməyə icazə verilib  |     20:31 Qəzzada ölənlərin sayı 34 388 nəfərə çatıb  |    

Sevdiyi qadını, başqa kişi ilə mesajlaşdığına görə öldürməyə cəhd edən şəxsə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində Azər Əhmədovun (1984-cü il təv.) CM-nin 29, 120.1-ci (qəsədən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, ittiham aktına əsasən, hadisə Nəsimi rayonu, Cavadxan küçəsi 1-də qeydə alınıb. Azər Əhmədov kirayə yaşadığı mənzildə qeyri-rəsmi yaşadığı Məhəbbət Şıxıyevanın (1988-ci il təv.) döş qəfəsinə bıçaqla zərbələr vurub. Nəticədə yaralanan qadın 1 saylı şəhər xəstəxanasına çatdırılıb.

Azər Əhmədov Nəsimi RPİ 19-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb, barəsində rayon prokurorluğunda cinayət işi başlanılıb. İlkin dindirmə zamanı o, sevdiyi qadını qısqanclıq zəmnində vurduğunu bildirib. Əhmədovun sözlərinə görə, Şıxıyeva ona xəyanət edərək, başqa kişi ilə mesajlaşıb, o isə bunu tutub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 549 06.11.18 18:28