Bakıda soyğunçuluğa görə 4 nəfər saxlanılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:06 “Apple” planşet istəyənlərə PİS XƏBƏR: Təkmilləşdirilmiş ekran olmayacaq  |     22:59 Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü  |     22:52 Bu il hər addımda şanslı olacaq BÜRCLƏR  |     22:44 “Apple” çoxdan gözlənilən cihazları mayda nümayiş etdirəcək  |     22:39 Ana 3 yaşlı qızını caduya görə öldürdü  |     22:31 Bakının bu rayonunda bu gecədən qaz kəsiləcək  |     22:26 İmişli-Biləsuvar yolunda “Prado” aşıb, ölənlər və xəsarət alanlar var  |     22:15 Elektron siqaretlərlə bağlı xəbərdarlıq – “Xərçəngə səbəb olur”  |     22:08 Əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək  |     22:02 Pilləkənlərlə qalxmaq ömrü uzadır  |     21:55 Girişində “7/24” yazılan bəzi apteklər gecələr niyə işləmir? – AÇIQLAMA  |     21:49 Avtobusların arxasında “gizlənən” sürücülər - VİDEO  |     21:37 Moskva aeroportunda partlayış təhlükəsi elan edilib  |     21:31 40 azn rüsumu olan sağlamlıq arayışı mayın 1-dən kimlərə pulsuz veriləcək? - VİDEO  |     21:18 İstirahət günü hava necə olacaq?  |     21:01 ABŞ Gürcüstana qarşı siyasətində dəyişiklik edəcəyini açıqladı  |     20:55 Cəlilabadda minik avtomobili yanıb  |     20:46 Zəngəzurda İrana məxsus avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var  |     20:38 Azərbaycanda geostasionar orbitlərdəki peyk rabitəsi vasitələrini özəlləşdirməyə icazə verilib  |     20:31 Qəzzada ölənlərin sayı 34 388 nəfərə çatıb  |    

Bakıda soyğunçuluğa görə 4 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, noyabrın 3-də Nəsimi rayonu ərazisində 2 naməlum şəxs Qazax rayon sakini Elşən Mehdiyevə zor tətbiq edib 100 manat pulunu alıb.

Nəsimi RPİ 19-cu polis şöbəsi və DİN Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ucar rayon sakini Ayaz Həsənquliyev və Ağdam rayon sakini Hüseyn Ramazanov saxlanılıblar.

Bundan başqa, Nəsimi RPİ 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 2-də Y.Bobrovanın, içərisində 500 manat, 450 dollar və mobil telefon olan pulqabısını soyğunçuluq yolu ilə ələ keçirən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Qasımlı saxlanılıb.

Xətai RPİ 37-ci polis şöbəsinin əməkdaşları tərəfindən, noyabrın 2-də rayon ərazisindəki mağazadan açıq talama yolu ilə 200 manat pul aparan Bakı şəhər sakini Vüsal Tağıyev saxlanılıb.

Faktlarla bağlı CM-nin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işləri başlanılıb, istintaq gedir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 430 06.11.18 12:50