Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakinləri Elvin Xudazarov, Fazil Əliyev, Vahid Əliyev və Hikmət Ağayevin CM-nin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törəldilən), 309 (vəzifə səlahiyyətlərini aşma) və 310-cü (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, təqsirləndirilən şəxslər ötən il avqustun 22-də Sabunçu RPİ 12-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar. Araşdırma zamanı dörd nəfərdən ibarət olan dəstə üzvlərinin vətəndaşları hədələyib, onlardan pul alması məlum olub. Onlar özlərini polis əməkdaşları kimi təqdim ediblər.
İttiham aktına əsasən, onlar Sabunçu rayonu ərazisində iyul-avqust ayları ərzində hədə-qorxu yoli ilə Fazil Qədirovdan, İmran Orucovdan 1000 manat, Məmmədəli Novruzovdan 740 manat və Kamal Poladxanovdan 300 manat pulunu alıblar.
H.Ağayev əvvəl məhkum olunub.
Məhkəmə nəticəyə gəlib ki, CM-nin 182.2.1-ci maddəsi ittihamdan çıxarılsın, digər maddəllərlə təqsirli bilinən şəxslər 2 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.