Median.Az xəbər verir ki, Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Cəlilabad şəhər sakini Fürsənd Mirzəyevdən 1 kq. 430 qram marixuana götürülüb.
RPŞ İstintaq bölməsində CM-nin 234.4.3-cü (satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə və satma) maddəsi ilə cinayət işi başlanılıb.