Median.Az xəbər verir ki, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 63 ünvanın qarşısında Mahir Qocayev (1994-cü il təv.) qeyri-rəsmi yaşadığı Ülviyyə Allahverdiyevaya (1994-cü il təv.) çoxsaylı bıçaq zərbələri endirib. Daha sonra o, özünün qarın nahiyəsinə bıçaqla xəsarət yetirib.
Hər iki şəsx Kliniki Tibbi Mərkəzə çatdırılsa da, Ü.Allahverdiyeva orda kəskin qanirimədən keçinib.
Nərimanov rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.