"Köhnə Bakı"da müştərini öldürən ofisianta hökm oxunub » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:13 "Roşka" ləqəbli Tiktoker saxlanılıb  |     21:48 Azərbaycanda dəhşətli qəza: Çox sayda hərbçi HƏLAK OLDU - Hadisə yerindən GÖRÜNTÜLƏR (FOTO)  |     21:43 "Şlyapa Zahid" məhkəmədə bankın xəzinədarları ilə üz-üzə gəldi  |     21:25 Tokayev və Putin yeni dünya nizamı şəraitində strateji əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəlib  |     21:04 Ermənilər bu dəfə Şövkət Ələkbərovanın mahnısını oğurlamaq istədi  |     20:49 37 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri göndərildi  |     20:28 İdmançılarımız Özbəkistanda 3 qızıl medal qazanıblar  |     20:15 Rusiya ordusu Ukraynada daha bir yaşayış məntəqəsini nəzarətə götürüb  |     19:55 Şarl Mişel noyabrın 29-da tutduğu postu Antonio Kostaya təhvil verəcək  |     19:42 Levandovski Çempionlar Liqasında 100-dən çox qol vuran üçüncü futbolçu olub  |     19:27 Keçmiş vəkil Elman Paşayev dələduzluqda təqsirini etiraf etməyib  |     19:05 DİQQƏT! 160-a yaxın avtobusun dayanacaq yeri DƏYİŞDİRİLDİ  |     18:51 Zaxarova: "Rusiya Yunanıstandan Ermənistana silah ixracı üzrə sorğu almayıb"  |     18:47 "Yar gəldi yar" mahnısının erməni musiqi nümunəsi kimi təqdim olunmasının qarşısı alındı  |     18:40 Bərdədə qanunsuz olaraq əldə etdiyi avtomatı satmaq istəyən şəxs ələ keçdi  |     18:31 Əfqanıstanda qadınlar üçün qəhvəxanalar qapadılıb  |     18:22 Bərdədə bank əməkdaşı həbs edildi: 3,5 milyonluq mənimsəmə  |     18:08 Bakıda ata qızını anasının evinə getdiyinə görə döydü - MƏHKƏMƏ  |     17:57 Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır  |     17:36 Azərbaycanda zəlzələ oldu  |    

"Köhnə Bakı"da müştərini öldürən ofisianta hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində Mirzağa Məmmədovun CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, ötən il dekabrın 20-də Binəqədi rayonu ərazisində yerləşən “Köhnə Bakı” kafesində ofisiant işləyən Mirzağa Məmmədov aralarında yaranmış mübahisə zəminində müştəri, Çingiz Qədirliyə (1999-cu il təv.) bıçaqla ağır xəsarətlər yetirib. Respublika Klinik Xəstəxanasına çatdırılan gənc orada kəskin qanitirmədən dünyasını dəyişib. Onun öldüyünü eşidən yaxınları xəstəxanaya gələrək, mühafizəçiyə xəsarətlər yetiriblər, xəstəxananın qapılarını və şüşələrini sındırıblar. Çağırış əsasında hadisə yerinə Yasamal RPİ Post-Patrul Xidmətinin əməkdaşları cəlb olunaraq, asayişi bərpa ediblər.

Cinayəti törədən Mirzağa Məmmədov həmin axşam Binəqədi RPİ-nin əməkdaşları tərəfindən şübhəli saxlanılıb və istintaqa təqdim olunub.

Məhkəmənin hökmü ilə M.Məmmədov 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Xatırladaq ki, ötən prosesdə çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxsə 20 il cəza təyin olunmasını xahiş edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 040 25.10.18 11:33