Median.Az xəbər verir ki, oktyabrın 23-ü saat 19 radələrində Xətai RPİ-nin əməkdaşları yaşadığı mənzildə Bakı şəhər sakini Səriyyə Abdullayevanın (1994-cü il təv.) meyitni aşkar ediblər.
Hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər prosesual hərəkətlər aparılıb. İstintaq-əməliyyat yolu ilə qadının keçmiş əri, əvvəllər məhkum olunmuş
İlkin Abdullayev (1991-ci il təv.) tərəfindən bıçaqla qətlə yetirilməsi müəyyən edilib.
İ.Abdullayev saxlanılıb.
Xətai rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.