Moskvanın cənubunda əslən azərbaycanlı olan, kriminal aləmdə “Maqa Ağcabədili” kimi tanınan Məhəmməd Əli qətlə yetirilib.
Hadisənin görüntüləri müşahidə kameralına düşüb.
Rusiya İstintaq Komitəsinin məlumatına əsasən, hadisə oktyabrın 20-də Moskvanın cənubunda Azovski küçəsində baş verib.
Kadrlarda skamyada iki kişinin söhbət etdiyi görünür. Onların söhbəti bir anda mübahisəyə çevrilir və tərəflərdən biri digərinə bıçaqla çoxsaylı zərbələr endirir.
Bundan sonra cinayətkar hadisə yerindən uzaqlaşır. Rusiya hüquq-mühafizə orqanları tərəfindən qatilin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.
//oxu.az