Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində zorlamağa cəhddə təqsirləndirilən Şamil Nağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Ş. Nağıyev dörd il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Ş. Nağıyev “Xan” restoranında ofisiant kimi çalışıb. O, restoranda qabyuyan xadiməni zorlamağa cəhd edib.
Şikayət əsasında saxlanılan Ş.Nağıyev həbs edilib.