Median.Az xəbər verir ki, DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 6-dan oktyabrın 11-dək olan müddətdə rayon ərazisindəki 3 evdən qızıl və məişət əşyaları oğurlayan Şahağacı kənd sakini, əvvəllər məhkum olunmuş Elçin Hüseynov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilib.
Astara RPŞ İstintaq bölməsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.