Median.Az xəbər verir ki, oktyabrın 13-də Sumqayıt ŞPİ-nə müraciət edən 3 nəfər şəhər sakini, bu ilin sentyabr ayında Cəmaləddin adlı şəxs tərəfindən aldadılaraq, ümumilikdə onlara məxsus 15.700 manat pullarının alındığını bildiriblər.
Araşdırma zamanı həmin şəxsin Sumqayıt şəhər sakini Cəmaləddin Məhərrəmov olması, onun bu ilin iyun ayından oktyabr ayının 5-dək olan müddətdə şəhər sakini olan daha
4 nəfəri aldadaraq, ümumilikdə 18.600 manat pullarını alması məyyən edilib.
C.Məhərrəmov saxlanılıb.
Sumqayıt ŞPİ İstintaq şöbəsində CM-nin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb, iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.