Median.Az xəbər verir ki, Yasamal RPİ 26- və 27-ci polis bölmələri əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 3-də paytaxt sakini olan qadının, içərisində 60 manat olan pulqabısını soyğunçuluq yolu ilə ələ keçirən Sabirabad rayon sakini Seyran Əliyev saxlanılıb.
Bundan başqa, Bakı şəhər Baş Polis İdarəsi (BPİ) və Nəsimi RPİ 19-cu polis bölməsinin əməkdaşları birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Şahin Kərimovu saxlayıblar.
Məlum olub ki, Kərimov oktyabrın 10-da Nəsimi rayonu, Cavadxan küçəsindəki evin girişində, qadına hücum edib, içərisində 530 manatı və sənədləri olan çantasını açıq talama yolu ilə ələ keçirib və hadisə yerindən uzaqlaşıb.
Faktlarla bağlı CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işləri başlanılıb, istintaq aparılır.