Bakıda sevgilisi tərəfindən vəhşicəsinə döyülən qadın hüquq-mühafizə orqanlarına müraciət edib.
Median.Az "publika.az”a istinadən xəbər verir ki, Suraxanı rayonunda qeydiyyatda olan 31 yaşlı Aytən Nurullayeva (ad şərtidir) Binə Ticarət Mərkəzində qeyri-rəsmi nikahda yaşadığı 1992-ci il təvəllüdlü Rüstəmov Xəzər Yaşar oğlu tərəfindən insanların gözü qarşısında döyüldüyünü bildirib.
Şikayətçinin sözlərinə görə, təxminnə 3 ay əvvəl iş yoldaşı olan qadının oğlu Xəzər Rüstəmovla tanış olub və aralarında isti münasibətlər yaranıb
Bundan sonra həmin şəxs A.Nurullayevanın etibarından sui-istifadə edərək ona məxsus "Mercedes A 160” markalı avtomobili satdıraraq öz adına "Hyundai Accent” markalı başqa avtomobil aldırıb. A.Nurullayeva qeyd edib:
"Xəzərin anası mənə elə yaxşı münasibət göstərirdi ki, sonradan başa düşdüm ki, onlar dələduzluqla məşğuldurlar. Mənim maşınımı satdırdılar. Təzə avtomobil alarkən Xəzərin rayon qeydiyyatında olduğu və zamin dura bilməyəcəyi üzə çıxdı.
Məni inandırıb təzə maşını onun adına qeydiyyata saldırdılar. Lakin bir müddət sonra o, mənim pulumla alınan və mənə məxsus olan avtomobili qaçırdı. Ticarət mərkəzində ondan maşınımı tələb etdikdə məni vəhşicəsinə döydü, daha sonra ikinci mərtəbənin pilləkənindən yerə atdı. Həmin vaxt ağır xəsarətlər aldım”.
Qeyri-rəsmi nikahda yaşadığı şəxsin əməllərindən şikayətçi olan qadın bildirib ki, onun xəsarətləri ilə bağlı ekspertiza təyin edilib və rəy verilib. Lakin geridə qalan müddətdə Xəzər Rüstəmov məsuliyyətə cəlb edilməyib, həmçinin dələduzluq yolu ilə ələ keçirdiyi avtomobil geri qaytarılmayıb.
Zorakılıla qarşılaşmış qadının şikayəti üzrə 10-cu Polis Bölməsində araşdırma aparılır