Median.Az xəbər verir ki, Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı və Sumqayıt şəhərlərində 100-ə yaxın ev və mənzildən oğurluq edən Bakı şəhər sakini Zaur Süleykin saxlanılıb.
İş üzrə dindirilmiş Z.Suleykin təkcə Xətai rayonunda 25 mənzildən oğurluq etdiyini etiraf edib. O, ev sahiblərinin olmamasından istifadə edərək qanunsuz olaraq pəncərələri və dəmir barmaqlıqlarını sındırıb, içəri daxil olub. Pul, qızıl-zinət əşyaları, məişət əşyaları, təmir-tikinti alətləri oğurlayıb. Ələ keçirdiyi qiymətli əşyaları ticarət mərkəzlərində sataraq, pul əldə edib.
Xətai RPİ İstintaq Şöbəsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Gördüyünüz şəxsin digər qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə DİN-n “102” Zəng Mərkəzinə və ya Xətai RPİ-nə müraciət edə bilərlər.