Median.Az xəbər verir ki, Binəqədi RPİ 4-cü polis şöbəsinin əməkdaşları keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Tuğay Purdarini saxlayıblar.
Araşdırma zamanı məlum olub ki, o bu il iyunun 4-dən iyulun 16-dək olan müddətdə rayon ərazisindəki 4 mağazadan pul və tütün məmulatları oğurlayıb.
Binəqədi RPİ İstintaq şöbəsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə istintaq aparılır.