Median.Az xəbər verir ki, Xətai RPİ 34-cü polis şöbəsi və Füzuli RPŞ əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 5-də Bakı şəhər sakini F.Əsədovun 40 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə ələ keçirən Elşad Hüseynov Füzuli rayonunun ərazisində saxlanılıb.
Xətai RPİ İstintaq şöbəsində CM-nin 181.1-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.