Bakıda quldurluq edən şəxslərdən birini zərərçəkmiş özü tutub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, oktyabrın 7-də saat 22:00 radələrində paytaxtın Nizami rayonunun Şərifli küçəsindəki evlərin birinin girişində iki naməlum şəxs Bakı şəhər sakini R.Sadıqovu və onun arvadını döyüb, içərisində 25 min manat olan bağlamanı qadından alıb.
Bu zaman R.Sadıqov onlardan birini saxlayıb və polis əməkdaşlarına təhvil verib. Digər şəxs isə pulla birgə qaçıb aradan çıxıb.
Quldurluğu törətməkdə şübhəli bilinərək saxlanılan şəxsin Bakı şəhər sakini Balağa Nuriyev olduğu müəyyən edilib.
Cinayətdə şübhəli bilinən digər şəxsin də tutularaq məsuliyyətə cəlb olunması üçün tədbirlər aparılır.