Median.Az xəbər verir ki, Nəsimi RPİ 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 6-da qızıl əşyalarının təmiri sexindən 20.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan Bakı şəhər sakini Xətai Nəbiyev saxlanılıb.
Nəsimi RPİ İstintaq şöbəsində CM-nin 177.2.3-cü (oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.