Median.Az xəbər verir ki, Nərimanov RPİ 16-cı polis bölməsi və Nizami RPİ 24-cü polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 28-də paytaxt sakini olan bir qadının, içərisində 1000 dollar və sənəd olan pulqabısını oğurlamayan Bakı şəhər sakinləri Ramin Qurbanov və Elşən Cəfərov saxlanılıblar.
Faktla bağlı CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.