Median.Az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsi (BPİ) və Binəqədi RPİ 4-cü polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 24- və 28-də rayon ərazisindəki 2 evdən 500 dollar və bijuteriya oğurlayan Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş Polad Puladov saxlanılıb.
Araşdırma zamanı, tutulan şəxsin sentyabrın 5-də Binəqədi qəsəbəsindəki daha bir evdən 370 manat oğurlaması müəyyən edilib.
Binəqədi RPİ İstintaq şöbəsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.