Bakı Ağır Cinayətlər Məhkəməsində Cəlilabad rayon sakini Elvin Qəhrəmanlının (1993-cü il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Median.Az xəbər verir ki, bi il yanvarın 20-i gecə saat 2 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Cəlilabad rayon sakini Elvin Qəhrəmanlı yaşadığı kirayə mənzildə
ailə münaqişəsi zəminində arvadı Güneli (1997-ci il təv.) yastıqla boğaraq qətlə yetirib. Qaradağ RPİ 10-cu polis bölməsinin əməkdaşları tərəfindən E.Qəhrəmanlı həmin gecə saxlanılaraq, istintaqa təhvil verilib.
İlkin dindirmə zamanı saxlanılan şəxs yoldaşını qısqanclıq zəminində öldürdüyünü bildirib. Məlum olub ki, cütlük yaxın vaxtlarda ailə qurub.
Bu gün keçirilən prosesdə şahid qismində mərhumun bacısı Vüsalə Cavadova ifadə verib. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edib. Şahid bildirib ki, təqsirləndirilən şəxsi görmək istəmir, onun bacısı haqqında söylədikləri yalandır, çünki mərhum günahsız olub.
Növbəti proses ayın 8-nə təyin edilib.