Arvadını xalası oğlu ilə yataqda çılpaq tutdu, toyu yasa çevirdi - TƏFƏRRÜAT » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:13 “Bu, Ukraynanın sonu deməkdir” - Zaxarova  |     21:45 Bakıda COP29-un bağlanış plenar sessiyası keçirilir  |     21:35 Bələdiyyə sədrinin şirkəti yanğın təhlükəsizliyini pozub  |     21:27 Taliban səfiri və baş konsulu geri çağırdı, Almaniya hökuməti qərarı tanımadı  |     21:19 Qəza törətdi, "100-150 qram içmişəm" dedi - Həbs olundu  |     21:11 Kələmin qiyməti artacaq (AÇIQLAMA)  |     21:04 Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü  |     20:58 Gürcüstan prezidenti müxalifətin hərəkətlərindən narazı olduğunu bildirdi  |     20:43 "Uşaq bağçalarında təcrübəli kadrların yerini doldurmaq çətin olacaq" - Ekspert  |     20:36 Türkiyə ilə Rusiyanın XİN başçıları ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər  |     20:27 Türkiyə ordusu Suriya və İraqda yeddi terrorçu öldürüb  |     20:20 Azərbaycanda minik avtomobili istehsalı 87 % artıb  |     20:09 Türkiyədə Rusiyanın “UnionPay” kart sisteminə xidmət dayandırılıb  |     20:02 "Formula 1": Las Veqas Qran-prisinin sıralama turunda birinci olan pilot müəyyənləşib  |     19:54 Bu ilin on ayında 31 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilib  |     19:48 Livanda xəstəxanaların 10 %-i fəaliyyətini dayandırıb  |     19:39 Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlar  |     19:31 Marsdan olan meteoritdə qədim geotermal qaynaqların izləri aşkar edilib  |     19:26 Aİ və Çin elektromobillərdə rüsumların ləğvi ilə bağlı razılığa yaxındırlar  |     19:18 Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb  |    

Arvadını xalası oğlu ilə yataqda çılpaq tutdu, toyu yasa çevirdi - TƏFƏRRÜAT

Sentyabrın 16-da Şamaxı rayonunda baş verən dəhşətli hadisənin müəmmalı tərəfləri hələ də açılmayıb. Bir saatın içərisində bir nəfər ölüb, digəri ölümcül yaralanıb. Bu faciə rayonun Pirbəhli kəndində qeydə alınıb.

Median.Az
Qafqazinfo-ya istinadla xəbər verir ki, kənd sakini Əmrah İbrahimovun evində xalası oğlu, 27 yaşlı Şirinbala Mövlamov ölü tapılıb, Əmrahın arvadı 36 yaşlı Mixək isə qarnından güllə yarası alıb.

Şamaxı rayon Prokurorluğunda hadisə ilə bağlı araşdırmalar başlanılıb. İşi aparan müstəntiq Sənan İbrahimov bu qənaətə gəlib ki, hadisədə təqsirli bilinən şəxs Əmrahdır.

Ona arvadını xüsusi amansızlıqla öldürməyə cəhd etməyə görə ittiham verilib və Şamaxı rayon Məhkəməsinin qərarı ilə dörd aylıq həbs olunub. Lakin hələ də Şirinbalanın ölümü ilə bağlı istintaq hər hansı nəticəyə gələ bilmədiyi üçün bu fakt üzrə ittiham verilməyib.

İstintaqın gəldiyi qənaətə görə, Ə.İbrahimov arvadının ona Şirinbala ilə xəyanət etdiyini bildikdən sonra tüfənglə onu vurmaq istəyib və silahı ona tərəf doğruldub. Lakin həmin zaman otaqda olan uşaqlar ona analarını vurmaması üçün yalvarıblar. Buna görə Əmrah silahı arvadı Mixəyə verib və ondan özünü öldürməsini tələb edib. Qadın da uşaqlarının gözü qarşısında özünü qarın boşluğundan vurub.

Xəstəxanaya yerləşdirildiyi üçün o həyatda qalıb. Lakin təqsirləndirilən Əmrah İbrahimov bu ittihamı qəbul etməyib və hadisədə heç bir günahı olmadığını bildirib.

Vəkili Vasif İsrafilov müvəkkili ilə görüşdükdən sonra hadisənin detallarını öyrənib və Ə.İbrahimovun azadlığa buraxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə vəsatət verib.

V.İsrafilov qeyd edib ki, hadisə günü Ə.İbrahimov dörd yaşlı oğluna sünnət toyu edib. Toyun qonaqlarından biri də Əmrahın xalası oğlu Şirinbala olub. Əmrahın mərhum bacısı ilə evli olmuş Şirinbala Quba rayonundan toya gəlib və çoxlu içki qəbul edib. Məclisdən sonra da xalaoğlular evdə yeyib-içməyə davam ediblər. Daha sonra hər ikisi sərxoş vəziyyətdə yatıblar.

Əmrah gecə saat 02:00 radələrində oyanıb və arvadının yanında olmadığını görüb. Yan otağa keçən zaman Mixəyin orada Şirinbalanın yanında çılpaq uzandığını görüb. Arvadını gecə ilə qayınanasıgilə aparıb və boşanacağını bildirib. Daha sonra evə qayıdıb, Şirinbala isə sərxoş olduğu üçün baş verənlər zamanı oyanmayıb.

Əmrah səhər təxmən saat 06:00-da mal-qaranı naxıra qoşmaq üçün evdən çıxıb, saat 07:30 radələrində evə qayıdıb və həyətdə olarkən evdən güllə səsi eşidib. Evə qaçarkən uşaqları ağlayaraq onun qabağına çıxıb və Şirinbalanın özünü öldürdüyünü, buna görə də analarının da özünü öldürmək istədiyini deyiblər. Əmrah uşaqlarla birgə otağa girib və görüb ki, Mixək Şirinbalanın meyitinin ayaqlarının yanında əlində tüfənglə dayanıb və özünü öldürəcəyini deyib.

Əmrah tüfəngi ona verməsini və özünü öldürməməsini desə də, Mixək təkid edib. Bu zaman Əmrah tüfəngdən atəş açılarsa, qırma dəyməsin deyə uşaqları otaqdan çölə çıxarıb, həmin vaxt da otaqdan atəş səsi gəlib. Dərhal otağa qayıdan Əmrah Mixəyin yaralı olsa da, sağ olduğunu görüb, polisə və təcili tibbi yardıma məlumat verib. Onun sayəsində Mixək həyatda qalıb.

Həmçinin, tüfəngin necə əldə edilməsi də müəmmalı qalır. Çünki tüfəng ayrı otaqda, patronlar başqa otaqda gizli yerdə saxlanılıb. Qonaq olan Şirinbala isə onların yerini bilməyib. Müdafiə tərəfinin versiyasına görə, Mixək atası evindən Əmrahın evinə gəlib tüfəngi və patronları götürərək Şirinbalanı oyadıb və o, özünü öldürüb. Tərəf hətta Şirinbalanı Mixəyin güllələməsindən də şübhələnir.

Ə.İbrahimovun oğlundan, başqa 12 və 14 yaşlarında iki qızı var. İstintaq onları da dindirib. Vəkil bildirib ki, uşaqların ifadəsi qanuni nümayəndə olmadan qanunsuz olaraq alınıb.

Ə.İbrahimovun barəsində həbs-qətimkan tədbirinin ləğv olunması ilə bağlı vəsatəti Sumqayıt Apellyasiya Məhkəməsi təmin etməyib, o həbsdə qalıb.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            20 517 28.09.18 13:30