Median.Az xəbər verir ki, Sabunçu RPİ 13-cü polis bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbiri nəticəsində Neftçala rayon sakini Seymur Piriyevi saxlayıblar.
Məlum olub ki, o Bakıxanov qəsəbəsində fəaliyyət göstərən geyim əşyalarının satıldığı mağazadan, içərisində 45.116 manat olan seyfi oğurlayıb. S.Piriyev həmin mağazada mühafizəçi işləyib və bir müddət əvvəl işdən çıxarılıb. Buna görə o, seyfin harada saxlanılması və içində pul olması barədə məlumatlı olub.
Sabunçu RPİ İstintaq Şöbəsinə CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.