Moskvada taksi sürücüsü qadın sərnişini zorladığı ittihamı ilə həbs edilib.
Median.Az Rusiya KİV-ə istinadla xəbər verir ki, sürücü qadının maşının salonunda yatmasından istifadə edib.
Zorlamadan sonra kişi qadını maşından düşürüb və aradan çıxıb.
Hadisə sentyabrın 22-də Moskvanın Tversk rayonunda qeydə alınıb. Faktla bağlı araşdırma aparılır.
“Komsomolskaya pravda” nəşri sürücünün Moskvada qeydiyyatsız işləyən 30 yaşlı azərbaycanlı olduğunu bildirib.