Median.Az xəbər verir ki, Cəlilabad RPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini Fərhad Mikayılovun evinin zirzəmisinə baxış zamanı, oradan 3 kq 770 qram tiryək aşkar ediblər.
F.Mikayılov saxlanılıb.
RPŞ İstintaq bölməsində CM-nin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə külli miqdarda əldə etmə və saxlama) maddəsi ilə cinayət işi başlanılıb.