Median.Az xəbər verir ki, ötən gün Ağdaş şəhəri ərazisindəki qəbristanlıqda şəhər sakini Hüseyn İbadov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Nizami İsmayılovu qətlə yetirib və sonra könüllü RPŞ-nə gələrək, təslim olub. İbadov istifadə etdiyi, müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngini növbətçi hissəyə təqdim edib.
Polis əməkdaşları saxlanılan şəxsin həyətinə baxış zamanı, oradan kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu aşkar ediblər.
Ağdaş rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.