Median.Az xəbər verir ki, Göygöl RPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elvin Məmmədovdan 445 qram marixuana götürüblər. Bundan əlavə, onun Topalhəsənli kəndinin ərazisində, kultivasiya yolu ilə yetişdirdiyi 7 ədəd çətənə kolu aşkar edilib.
RPŞ İstintaq bölməsində faktla bağlı cinayət işi başlanılıb.