Median.Az xəbər verir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin və Balakən RPŞ əməkdaşlarının birgə əməliyyat tədbirləri nəticəsində, hazırda cəzaçəkmə müəssisəsində məhkəmənin hökmü ilə 5 il 6 ay müddətində azadlıqdan məhrum olunan Şadnus Dibirovun, əvvəllər yaşadığı Balakən rayonundakı evinin həyətində silah və narkotik vasitə saxlaması məlum olub.
Tədbir zamanı torpağa basdırılmış bağlamada 1 ədəd "Makarov" markalı tapanca və 240 qram marixuana aşkar edilib.
Qeyd edək ki, Ş.Dibirov hazırda CM-nin 228.1 (qanunsuz olaraq odlu silah əldə etmə, satma və ya gəzdirmə) və 237.2.3-cü (qanunsuz olaraq narkotik tərkibli bitkiləri külli miqdarda satış məqsədi ilə kultivasiya etmə) maddələri ilə cəza çəkir.
Faktla bağlı araşdırma aparılır.