Median.Az xəbər verir ki, iyulun 22-i saat 23 radələrində Nəsimi rayonu ərazisindəki apteklərin birinə naməlum şəxsin satıcını bıçaqla hədələyərək kassadan 900 manat pul aparması barədə DİN "102-Zəng Mərkəzi" Xidmətinə müraciət daxil olub.
Məlumatla əlaqədar Nəsimi RPİ 19-cu polis bölməsi və Bakı ş. Baş Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törədən Gədəbəy rayon sakini, əvvəllər məhkum olunmuş Fuad Zeynallı saxlanılıb.
Nəsimi RPİ İstintaq şöbəsində CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.