Median.Az xəbər verir ki, Sabunçu RPİ 14-cü polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Mircəlal Süleymanovu saxlayıblar.
Məlum olub ki, iyulun 12-nə keçən gecə Maştağa qəsəbəsində bir qrup şəxs arasında baş vermiş dava zamanı M.Süleymanov üzərindəkı bıçaqla qəsəbə sakini Hacıağa Əliyevə zərbə endirərək, onu yaralayıb. Zərərçəkmiş yaxınlarının köməkliyi ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb və üzərində cərrahi əməliyyat aparılıb.
Sabunçu RPİ İstintaq şöbəsində CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.