"Turanbank"a basqın edən şəxs 10 il müddətinə cəzalandırılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:11 Kələmin qiyməti artacaq (AÇIQLAMA)  |     21:04 Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü  |     20:58 Gürcüstan prezidenti müxalifətin hərəkətlərindən narazı olduğunu bildirdi  |     20:43 "Uşaq bağçalarında təcrübəli kadrların yerini doldurmaq çətin olacaq" - Ekspert  |     20:36 Türkiyə ilə Rusiyanın XİN başçıları ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər  |     20:27 Türkiyə ordusu Suriya və İraqda yeddi terrorçu öldürüb  |     20:20 Azərbaycanda minik avtomobili istehsalı 87 % artıb  |     20:09 Türkiyədə Rusiyanın “UnionPay” kart sisteminə xidmət dayandırılıb  |     20:02 "Formula 1": Las Veqas Qran-prisinin sıralama turunda birinci olan pilot müəyyənləşib  |     19:54 Bu ilin on ayında 31 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilib  |     19:48 Livanda xəstəxanaların 10 %-i fəaliyyətini dayandırıb  |     19:39 Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlar  |     19:31 Marsdan olan meteoritdə qədim geotermal qaynaqların izləri aşkar edilib  |     19:26 Aİ və Çin elektromobillərdə rüsumların ləğvi ilə bağlı razılığa yaxındırlar  |     19:18 Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb  |     19:07 Trampın keçid komandası seçilmiş prezidentə qarşı işin dayandırıldığını açıqlayıb  |     18:59 İranlı deputatdan atom bombası yaratmağa çağırış  |     18:46 Azərbaycan və Qırğızıstan gəncləri birgə fəaliyyətlə bağlı memorandum imzalayıblar  |     18:32 Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı FƏRMAN  |     18:23 Türkiyədə azərbaycanlının 70 kiloqram qızılla saxlanılmasının ANBAAN GÖRÜNTÜLƏRİ (VİDEO)  |    

"Turanbank"a basqın edən şəxs 10 il müddətinə cəzalandırılıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Nazim Məmmədovun CM-nin 181-ci (quldurluq) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, bu il yanvarın 18-də "Turanbank" ASC-nin Yasamal filialından Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Yasamal RMİ-nin əməkdaşları dərhal operativ reaksiya göstərərək, hadisə yerinə yollanıb və xəzinədarı bıçaqla hədələyib, pul tələb edən şəxsi tərksilah edərək tutublar. Ondan məişət təyinatlı bıçaq götürülüb, o, ərazi üzrə Yasamal RPİ 27-ci polis bölməsinə təhvil verilib. Araşdırma zamanı onun Nazim Məmmədov olması müəyyən edilib.

İstintaqın gedişatında müəyyən edilib ki, Nazim Məmmədov banka daxil olaraq müştəri S.Nəcəfovaya arxadan yaxınlaşıb, boğazına bıçağı dirəyib və xəzinədardan pul verməsini tələb edib. Qeyd edək, ki zərərçəkən qadın filiala pul xırdalamaq üçün daxil olmuşdur. Bu zaman bankın əməkdaşlarından birihəyəcan düyməsini basıb. Məlum olub ki, Məmmədov psixonevroloji dispanserlərdən birində qeydiyyatdadır.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 821 10.07.18 18:40