Sumqayıtda iki dostdan DƏHŞƏTLİ ƏMƏL: oğlanın gözü qarşısında sevgilisini dəniz kənarına aparıb... » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:19 Qəza törətdi, "100-150 qram içmişəm" dedi - Həbs olundu  |     21:11 Kələmin qiyməti artacaq (AÇIQLAMA)  |     21:04 Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü  |     20:58 Gürcüstan prezidenti müxalifətin hərəkətlərindən narazı olduğunu bildirdi  |     20:43 "Uşaq bağçalarında təcrübəli kadrların yerini doldurmaq çətin olacaq" - Ekspert  |     20:36 Türkiyə ilə Rusiyanın XİN başçıları ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər  |     20:27 Türkiyə ordusu Suriya və İraqda yeddi terrorçu öldürüb  |     20:20 Azərbaycanda minik avtomobili istehsalı 87 % artıb  |     20:09 Türkiyədə Rusiyanın “UnionPay” kart sisteminə xidmət dayandırılıb  |     20:02 "Formula 1": Las Veqas Qran-prisinin sıralama turunda birinci olan pilot müəyyənləşib  |     19:54 Bu ilin on ayında 31 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilib  |     19:48 Livanda xəstəxanaların 10 %-i fəaliyyətini dayandırıb  |     19:39 Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlar  |     19:31 Marsdan olan meteoritdə qədim geotermal qaynaqların izləri aşkar edilib  |     19:26 Aİ və Çin elektromobillərdə rüsumların ləğvi ilə bağlı razılığa yaxındırlar  |     19:18 Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb  |     19:07 Trampın keçid komandası seçilmiş prezidentə qarşı işin dayandırıldığını açıqlayıb  |     18:59 İranlı deputatdan atom bombası yaratmağa çağırış  |     18:46 Azərbaycan və Qırğızıstan gəncləri birgə fəaliyyətlə bağlı memorandum imzalayıblar  |     18:32 Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı FƏRMAN  |    

Sumqayıtda iki dostdan DƏHŞƏTLİ ƏMƏL: oğlanın gözü qarşısında sevgilisini dəniz kənarına aparıb...

Sumqayıt şəhərində quldurluq etməkdə təqsirli bilinən 1976-cı il təvəllüdlü Asif Allahverdiyev və onun tanışı Şövqü Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az  “publika.az”a istinadən xəbər verir ki, Asif Allahverdiyev tanışı Şövqü Quliyev və istintaqla müəyyən olmayan digər şəxslərlə cinayət əlaqəsinə girib.

Onlar 23 oktyabr 2016-cı il tarixdə, saat 23.00-da Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən Təcili Tibbi Yardım Stansiyasının yaxınlığında dayanan Sadiq Əhmədovun (ad və soyad şərti verilib - red.) icarəyə götürüb və taksi kimi istifadə etdiyi “VAZ-21074” markalı avtomobilə qəflətən miniblər.

Bu zaman Şövqi Quliyev silah kimi istifadə etdiyi bıçağı Sadiq Əhmədovun boğaz nahiyəsinə dirəyib, xəsarət yetirəcəyi və üzünə çapıq qoyacağı ilə hədələyib. Asif Allahverdiyev isə şillə və yumruq zərbələri ilə Sadiq Əhmədovun bədəninin müxtəlif nahiyələrinə vurub.

Daha sonra onlar Sadiq Əhmədovla birlikdə olan, qeyri-rəsmi nikahda yaşadığı Samirə Babayevanı (ad və soyad şərti verilib - red.) zorlayacaqları ilə hədələyiblər. Onun üzərini axtararaq 400 manat pulunu götürüblər və sonra onu yerə düşürərək, dəyəri 2500 manat olan avtomobili götürərək, aradan çıxıblar.

“Sadiq Şövqini cəza çəkdiyi müəssisədən tanıyıb”

İstintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək) və 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Samirə Babayeva bildirib ki, atası və anası tez rəhmətə getdiyi üçün ona nənəsi baxıb, baş vermiş hadisədən təxminən 7 ay qabaq o, qeyri-rəsmi yaşadığı Sadiq Əhmədovla təsadüfən tanış olub: “Sonra aramızda yaxın münasibətlər yarandı və həmin vaxtdan Rəşad adlı şəxsin evində, onunla və onun atası, anası ilə birlikdə yaşamışıq. Sadiq Vüqar adlı bir oğlandan “VAZ-21074” markalı avtomobili icarəyə götürüb, həmin avtomobillə taksi kimi fəaliyyət göstərdi. Bu cinayət hadisəsindən qabaq Şövqini və Asifi tanımamışam. Lakin Sadiq Şövqini əvvəllər cəza çəkdiyi cəzaçəkmə müəssisəsindən tanıyıb”.

“Qaydanı pozduğu üçün polislər saxladı”

Samirə Babayevanın sözlərinə görə, oktyabrın 23-də, saat 22.00-da Sadiq idarə etdiyi avtomobillə mənim arxamca evə gəldi. Həmin vaxt Sadiqlə birlikdə Saray qəsəbəsində yerləşən bir evə kirayə qalmaq üçün köçməli olduq. Rəşad Sumqayıt şəhəri, 13-cü mikrorayon, “Şərq Bazarı”nın yanında olan dairənin yanında Şövqi ilə görüşməli olduğunu bildirdi. Rəşadla birlikdə onun idarə etdiyi avtomobildə həmin yerə getdik. Dairəni keçən kimi, Sadiq hərəkət qaydasını pozduğu üçün yol polisinin əməkdaşları bizi saxladı. Sadiq avtomobili yolun kənarında saxladı. Sonra yolun kənarında Şövqini gördük. Polis əməkdaşları qaydanı pozduğuna görə təxminən 10 dəqiqə Sadiqin adına protokol tərtib etdikdən sonra oradan getdik”.

“Tanımadığım oğlanlar arxa oturacaqda əyləşdilər”

Samirə Babayeva qeyd edib ki, sükan arxasında olan zaman Şövqi Sadiqdən 6 qutu nəşəni necə etdiyini soruşub: “Sadiq isə həmin nəşənin avtomobilin qoltuq altının içərisində olduğunu bildirdi. Bu zaman Şövqi qoltuq altını açdı, oradan 6 ədəd kibrit qutularında olan nəşəni götürdü və cibinə qoydu. Sonradan onların söhbətindən başa düşdüm ki, 1 gün qabaq Sadiq Şövqidən təcili bir həftəlik 300 manat borc pul istəyib, Şövqinin yanında olan tanışı Asif Sadiqə 300 manat borc pul tapa bilməsini söz verib. Sonra isə Sadiqin idarə etdiyi avtomobili Xızı rayonunun Giləzi qəsəbəsində kiməsə girov qoyaraq, 300 manatın əvəzinə ona 6 kibrit qutusu nəşə verib. Şövqi avtomobilə oturandan sonra, avtomobilə sonradan adını Asif kimi tanıdığım və Asifin yanında olan 3 nəfər tanımadığım şəxs yaxınlaşdı, onlar da avtomobilə mindilər. Bu zaman Şövqi avtomobili işə salmaq istədi. Lakin avtomobil işə düşmədi. Şövqinin bir ayağı şikəst olduğundan, o, maşından düşmədi, digərləri yerə düşdü, avtomobili təcili tibbi yardım stansiyasının yanında olan məhəllənin içərisinə itələdilər. Orada yenə də avtomobilə mindilər. Şövqi avtomobilin sükanının arxasında oturdu, Sadiq Şövqinin yanında avtomobilin qabaq oturacağında əyləşdi. Asif və onlarla birlikdə olan 3 nəfər tanımadığım cavan oğlanlar avtomobilin arxa oturacağında əyləşdilər”.

“Üzünə çapıq atacağı ilə hədələdi”


Samirə Babayeva bildirib ki, həmin zaman Asif şillə və yumruq zərbələri ilə Sadiqin bədəninin müxtəlif nahiyələrinə vuraraq, ondan pul istəyib: “Şövqidə qoltuq cibindən yekə bir bıçaq-xəncər çıxararaq, Sadiqin boğazına dirədi, onlara pul verməsini bildirdi. Pul verməsə, onun üzünə çapıq atacağı ilə hədələdi. Həmin zaman məndə 400 manat olub. Həmin vəsaiti kirayə pulu üçün saxlamışdım. Sadiq bu pul barədə bilməyib. Ona həmin pul barədə deməmişəm ki, xərclənməsin”.

“Məni dəniz kənarında zorlayacaqlarını söylədilər”

Samirə Babayevanın sözlərinə görə, eyni zamanda, Şövqi ilə Asif onu da hədələməyə başlayıblar: “Dedilər ki, əgər onlara pul verməsək, mənim də üzümə çapıq atacaqlar. Sonra onlar Sadiqi avtomobildən düşürdülər, məni dəniz kənarına aparıb, orada zorlayacaqlarını söylədilər. Onlar avtomobilin yanacağının qurtardığını güman etdilər. Şövqi və Asiflə birlikdə gələn oğlanlar avtomobildən düşdülər, onlardan biri hansısa başqa bir maşına oturaraq getdi və bir qədər sonra haradansa iki litr benzin gətirdi. Asif Sadiqə benzini avtomobilin bakına boşaltmağını söylədi. Sadiq də avtomobildən düşərək benzini avtomobilin bakına boşaltdı. Mən isə avtomobilin içərisində qaldım. Sadiq benzini avtomobilin bakına boşaldana kimi Şövqi ilə Asif üstümə qışqıraraq və məni hədələyərək, pul tələb etdilər. Məni öldürücəklərini və zorlayacaqlarını bildirdilər. Dedilər ki, əgər onlara pul verməsək, onu yanlarındakı oğlanlara verəcəklər, həmin oğlanlar da məni dəniz kənarına aparıb, orada zorlayacaqlar. Onlarla olan üç nəfər oğlan isə Asiflə Şövqiyə heç bir günahımın olmadığını və məni buraxmalarını istədilər”.

“Pulumu qaytarmasını tələb etdim”

Samirə Babayeva qeyd edib ki, bundan sonra Asif Şövqiyə onun üstünü axtarmasını istəyib: “Şövqi də hər yerimi axtardı. Əynimdəki cins şalvarının arxa cibində 400 manat pulun olduğunu gördü, həmin pulu cibimdən götürdü. Sadiq avtomobilin bakına yanacaq tökəndən sonra keçib, avtomobilin sükanının arxasında əyləşdi. Çünki, Şövqi keçib, sürücü oturan yerin yanında oturmuşdu. Şövqi ilə Asifdən 400 manat pulumu qaytarmalarını tələb etdim. Onlar pulumu qaytarmayaraq, dedilər ki, pul yoxdur. Sadiq onların məndən güclə 400 manat pul aldıqlarını bilməyib. Sadiqə həmin pulu yığıb, kirayə üçün saxladığımı dedim. Sadiq onlardan pulu qaytarmalarını tələb etdi. Lakin, onlar pulu qaytarmadılar. Sonra Sadiq qorxudan onlara başqa heç nə deyə bilmədi. Rəşad avtomobili işə saldı, Şövqi və Asiflə gələn cavan oğlanlardan biri maşından düşdü və Sadiqin düşməyini istədilər. Onun sözü ilə Sadiq yerə düşdü. Həmin oğlan özü avtomobilin sükanının arxasına oturdu, Sadiq isə arxada əyləşdi. Həmin oğlan avtomobili Şövqigilin həyətinin qarşısına sürdü”.

“Məni aparmaq istədilər”

Samirə Babayeva bildirib ki, avtomobil hərəkətdə ola-ola Şövqi yenə də Sadiqin boğazına bıçağı dirəyib, Asif isə onu şillə və yumruq zərbələri ilə bədəninin müxtəlif nahiyələrindən vurub: Həmin vaxt onlar məni də hədələdilər, yenə də pul istədilər. Onlara pul verməsək, üzümüzə çapıq atacaqları və məni zorlayacaqları ilə hədə-qorxu gəldilər. Şövqinin Sumqayıt şəhəri, Corat qəsəbəsi, TTY stansiyasının yaxınlığında yerləşən kirayə qaldığı evin yanına çatdıqda, orada Şövqi ilə Asif Sadiqin avtomobildən yerə düşməsini bildirdilər. Sadiq avtomobildən yerə düşdü. Sadiq yerə düşəndən sonra, onlar avtomobili sürüb, məni aparmaq istədilər. Bu zaman qışqırmağa başladım. Şövqi və Asiflə gələn oğlanlar mənimlə işləri olmamasını bildirdilər. Şövqi ilə Asif bundan sonra məni də avtomobildən düşürdülər və maşını sürüb getdilər”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Asif Allahverdiyev apelyasiya şikayəti verib. O, günahsız olduğunu qeyd edib və barəsində ədalətli qərar qəbul olunmasını istəyib.

Asif Allahverdiyevin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Vidadi Cəfərovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Asif Allahverdiyevin şikayəti təmin edilməyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            23 469 26.06.18 17:56