Maştağa qəsəbəsində yol polisi bıçaqlanıb. Hadisə iyunun 14-də baş verib.
Median.Az musavat.com-a istinadən xəbər verir ki, Dövlət Yol Polisi əməkdaşı Qəmbərov Babək Eyvaz oğlu Maştağada xidmət başında olan zaman bıçaqlanıb.
Yol polisi əməkdaşını bıçaqlayan şəxsin kimliyi barədə məlumat yoxdur.
Hadisəyə səbəb Babək Qəmbərovun xidmət başında olan zaman yol hərəkəti qaydasını pozan və adı məlum olmayan sürücünü saxlamaq istəməsi olub. Sürücü yol polisinin tələbinə əməl etməyib.
Qəzəbli sürücü əvvəlcə maşını ilə DYP avtomobilinə bir neçə dəfə vurub. Hər iki avtomobil dayanandan sonra isə sürücü Babək Qəmbərovun ayaq nahiyyəsibdən bıçaq zərbəsi endirib. Sürücü daha bir zərbəni isə yerə yıxılan polis əməkdaşının baş nahiyyəsindən vurub.
Ağır vəziyyətdə xəstəxanaya çatdırılan polis əməkdaşı hazırda reanimasiyadadır.
Polis əməkdaşını bıçaqlayan sürücünün saxlanıldığı bildirilir.