Şəmkirdə “insaflı” oğru peyda olub.
Həmin şəxs sahibsiz evlərə qanunsuz daxil olaraq oradan pul və qiymətli əşyalar oğurlayıb. Ancaq qarşısına çıxan qızıl-zinət əşyalarına dəyməyib.
Ülvi ismayılov (saxlanılan şəxs): “Sandığın qıfılını qırdım. Sellofan torbanın içərisində dəsmalın arasında qızıl da var idi, götürmədim. Çünki onda yanmaq ehtimalı çoxdur”.
Ülvi İsmayılov rayon sakini Elçin Əmiraslanovun mənzilindən oğurluq etdikdən sonra ələ keçib. Onun İlkin İlyasovun 300 manat nəğd pulunu, eləcə də İdris İmanovun evindən 1000 manat pul və bir ədəd televizor oğurladığı da müəyən edilib.
Ülvi ismayılov (saxlanılan şəxs): “Pəncərəni sındırıb içəri girmişəm, televizoru götürmüşəm. Döşəyin altında da 270 manat olub. Onu götürüb çıxmışam”.
Əvvəllər 10 il məhkumluq həyatı yaşayan Ülvi İsmayılov əldə etdiyi pulla şəxsi ehtiyaclarını ödədiyini deyib:
“Evin ehtiyacını ödəmişəm. Kirayədə yaşayıram. Onun pulunu və kommunal xərcləri vermişəm”.
Ülvi İsmayılovun digər cinayətlərdə əlinin olub-olmaması istiqamətində araşdırmalar davam etdirilir./ARB TV/