Oğlunun gözü qarşısında 52 yaşlı anasını ZORLADI VƏ... - Qubada DƏHŞƏTLİ OLAY » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:54 COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR  |     14:37 Gəncədə qəzaya düşən avtomobil yanaraq kül oldu  |     14:22 COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanıldı - RƏSMİ (VİDEO)  |     14:13 Bakıda bir kəsişmədə hərəkətin təşkilində dəyişikliklər edildi  |     14:01 Erlinq Holand 65 avroya görə həbs oluna bilər  |     13:45 Türkiyədə 70 kiloqram qızılla tutulan azərbaycanlı şəxs diplomatdır? (YENİLƏNİB)  |     13:35 Azərbaycanda bəzi deputatlara mənzil VERİLİB  |     13:32 Naxçıvanda yanıq xəsarətləri alan şəxs xəstəxanada vəfat edib  |     13:24 Azərbaycanda güclü zəlzələ oldu - FOTO  |     13:17 Azərbaycanda "Sektorlar üzrə strateji planların hazırlanması Qaydası" təsdiq olunub  |     22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |     22:18 Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI  |     22:02 Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var  |     21:50 Məktəb direktoru faciəvi şəkildə öldü  |     21:28 Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar  |     21:20 Əfqanıstanda naməlum şəxslər məscidə gələn 12 dindarı qətlə yetirib  |     20:51 Cəlilabadda su bəndi yenidən qurulur  |     20:39 PSJ-nin Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib  |     20:23 Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək  |     19:57 2026-cı ildən "Formula 1"də komandaların sayı artacaq  |    

Oğlunun gözü qarşısında 52 yaşlı anasını ZORLADI VƏ... - Qubada DƏHŞƏTLİ OLAY

Quba rayonunda qadına təcavüz etməkdə təqsirli bilinən 1983-cü il təvəllüdlü Bəhruz Paşayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az xəbər verir ki, Bəhruz Paşayev 2016-cı il sentyabrın 29-da həmkəndlisi Əvəz Babayevin Quba rayonunun Alekseyevka kəndində keçirilən toy məclisində iştirak edib, spirtli içki qəbul edib.

Bəhruz Paşayev sərxoş vəziyyətində saat 22-də 1964-cü il təvəllüdlü Sahibə Babayevanın (ad və soyad şərti verilib – H.Z.) yaşadığı Mirzəqışlaq kəndində yerləşən evin qarşısına gəlıb. O, Sahibə Babayevanın yatdığı otağa daxil olub.

Sahibə Babayeva ilə cinsi əlaqədə olmaq məqsədi ilə zor tətbiq edib. Cinsi əlaqədə olmaq istəyən Bəhruz Paşayev Sahibə Babayevaya xəsarətlər yetirib.

Bu zaman Sahibə Babayeva Bəhruz Paşayevdən aralanmağa nail olub və yerindən qalxaraq özünü müdafiə etmək məqsədilə odun peçinin üzərindəki qaynar su ilə dolu qəhvədanı götürərək onun üstünə töküb.

Daha sonra əlbəyaxa olan Bəhruz Paşayev Sahibə Babayevanı yenidən döşəməyə yıxaraq, əynindəki paltarı soyundurmaq istəyib. Həmin vaxt Sahibə Babayeva corabını soyunmaq adı ilə Bəhruzu aldadıb və yerdən ayağa qalxıb. Yerdən qalxan Sahibə Babayeva otaqdan bayıra qaçıb.

Bəhruz Paşayev isə dalınca qaçmaqla qadını tutub geri gətirib. Sahibə Babayeva Bəhruzun ondan əl çəkmədiyini görərək qışqırıb. Bu zaman otağa qadının oğlu Sahil girib.

“Əri intihar edəndən sonra aramızda münasibət yaranıb”

Sahil Babayev Bəhruz Paşayevi anasının üstündə olduğu vəziyyətdə görüb. Sahil qəhvədanın qapaq hissəsi ilə Bəhruz Paşayevin baş nahiyəsindən bir neçə dəfə vurub.

İstintaq orqanı tərəfindən Bəhruz Paşayevə qarşı Cinayət Məcəlləsinin 29,149.1-ci (zorlamaya cəhd) və 157.1.-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Bəhruz Paşayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O deyib ki, Quba rayonunun Mirzəqışlaq kəndində ailəsi ilə birlikdə yaşayır: “Sahibə Babayeva kənddə mağaza işlədib. Onun əri intihar edəndən sonra aramızda münasibət yaranıb. Bu münasibətin yaranmasına təklifi Sahibə edib”.

“7-8 il intim münasibətlərimiz olub”

Bəhruz Paşayevin sözlərinə görə, 2004-cü ilin yay aylarında Sahibə onu evinə çağırıb və həmin gündən başlayaraq onların arasında 7-8 il intim münasibətlər yaşanıb: “Valideynlərim bu barədə öyrəndikdən sonra 2013-2014-cü illərdə həmin münasibətləri kəsmişəm. 2016-cı il sentyabrın 29-da qonşumuz Əvəzin toyunda ailəvi iştirak etmişik. Toyda Sahibə yerini dəyişərək, digər stola keçdi. Orada mənimlə üzbəüz oturdu. Spirtli içki içdiyimdən sərxoş olmaqla qadının açıq-saçıq geyimi məni cəlb etdi”.

“Ayılanda qan içində gördüm”

Bəhruz Paşayev qeyd edib ki, təxminən saat 21-də toydan çıxaraq kəndə qayıdıb: “Kənddə Sahibə əli ilə işarə edərək məni dükana çağırdı. Orada oğlanlarının aramızdakı münasibətdən şübhələndiklərini dedi. Bu vaxt Sahibənin kiçik övladı Sahil qapını açaraq içəri girdi. Oğlunu görəndə Sahibə mənə əl-qol atmağa başladı. Sahil isə odun peçinin üzərində olan qaynar su ilə dolu qəhvədanı götürərək üzərimə atdı. Bundan sonra Sahibənin böyük övladı İlkinin arvadı da oraya gəldi. Əllərində olan məişət ləvazimatları ilə məni döyməyə başladılar. Bundan sonra huşumu itirdim, ayılanda artıq yolda qan içində olduğumu gördüm. Qonşumuz Eyvaz Məmmədovu çağıraraq, onun evinə getdim. Oradan qonşumuz Sakit Məmmədov və anamla birlikdə xəstəxanaya getdik. Həkimlərin mənə tibbi yardım göstərdikləri zaman kürək nahiyəmdən iki dəfə güclü zərbə aldığımı hiss etdim. Sonradan məni bıçaqla vuran şəxsin Sahibənin ortancıl övladı Vidadinin olduğunu bilmişəm”.

“Ərim intihar edib”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Sahibə Babayeva bildirib ki, Quba rayonunun Mirzəqışlaq kəndində övladları İlkin, Vidadi və Sahil, gəlini və nəvəsi ilə birlikdə yaşayır: “Ərim spirtli içkiyə aludə olmaqla 2003-cü il yanvarın 14-də sərxoş vəziyyətdə evin həyətindəki tövlədən özünü asaraq intihar edib. 2016-cı il sentyabrın 29-da saat 15-də Quba rayonundakı “Ülviyyə” şadlıq evində qonşumuz Əvəzin toy məclisində iştirak etmək üçün kiçik övladım Sahil, qayınlarımın arvadları və qonşularımızla birlikdə avtobusla şadlıq evinə getdik. Toyda hamımız bir stolda oturduq. Sonra isə gəldiyimiz avtobusla evə qayıtdıq”.

“Məni tutmaq istədi”

Sahibə Babayevanın sözlərinə görə, evə çatdıqdan sonra həyətində işlətdiyi mağazanın yardımçı otağında əyləşərək alma yeyə-yeyə televizora baxıb: “Bu zaman Xanlar adlı qonşumuz mağazaya gəldi və dəftər-qələm aldı. Həmin vaxt qonşumuz Sərxan Paşayev və Asim Abasov mağazanın qabağında dayanaraq söhbət edirdilər. Təxminən 15 dəqiqədən sonra Bəhruz Paşayev yardımçı otağın həyət tərəfdən olan qapısını açaraq içəri girdi. Həmin qapı evin həyətinə açıldığından oradan ancaq özüm və ailə üzvlərimiz istifadə edir. Bəhruz Paşayevin həmin qapıdan istirahət etdiyim otağa icazəsiz daxil olduğu üçün yerimdən qalxdım. Ona “hara gəlirsən, çıx bayıra”, - deyə bildirdim. Lakin Bəhruz sözlərimə əhəmiyyət vermədi, üstümə gələrək, məni tutmaq istədi. Əlimdəki almanı kəsmək üçün istifadə etdiyim bıçaqla Sərxanın başına, üzünə, boynuna, kürəyinə 5-6 bıçaq zərbəsi vurdum”.

“Üstümdən dur, dediklərinlə razılaşaram”

Sahibə Babayeva qeyd edib ki, Bəhruz Paşayev öz əməllərinə davam etdirib və onun paltarını əynindən çıxarmaq istəyib: “Bu zaman peçin üstündə olan dəm çaynikini götürərək onun başına tökdüm. Çaynik əlimdən yerə düşərək sındı. Əlimə keçən sınmış çaynikin qulp hissəsi ilə Bəhruzun üzünü, gözünü çərtdim. Onun əlindən çıxaraq peçin üstündə olan qəhvədanı götürərək Bəhruzun üstünə tökmək istədim. Bu vaxt Bəhruz əli ilə qəhvədanı itələdiyindən içərisindəki su həm Bəhruzun üstünə, həm də mənim hər iki qoluma töküldü. Ağrıdan qışqıraraq kömək çağırdım. Bu vaxt Bəhruz yenidən üzərimə hücum çəkdi. O, kalqotkamı əynimdən çıxaran zaman canımı qurtara bilməyəcəyimi düşündüm. Bu məqsədlə ona “üstümdən dur, məni burax, sənin dediklərinlə razılaşaram”, dedim”.

“Huşum özümdə olmayıb”

Sahibə Babayeva bildirib ki, Bəhruz Paşayev ona inanaraq üstündən qalxdıqda inandırıcı olsun deyə əynindəki yarıyadək çıxarılmış kalqotkanı yavaş-yavaş çıxarmağa başlayıb: “Bəhruz köynəklərini çıxararkən özümü bayıra atdım və evə tərəf qaçdım. Lakin Bəhruz Paşayev arxadan gələrək məni tutdu. Məni yardımçı otağa aparmaqla arxası üstə yerə çırpdı. Həyətdən evə tərəf qaçarkən qışqırdığımdan evdə olan övladım Sahil ilə gəlinim səsimi eşidərək köməyə gəldi. Oğlum otağa daxil olarkən huşum tam özündə olmadığından üstümdə olan Bəhruza müqavimət göstərə bilməmişəm. Sahil Bəhruz Paşayevə yaxınlaşdıqda sonuncu oğlumu yerə yıxdı və boğmağa başladı. Oğlum ayağa qalxaraq yerə düşmüş qəhvədanın dəmir qapağı ilə Bəhruz Paşayevin başına və boynuna zərbələr endirdi”.

Zərərçəkmiş qeyd edib ki, sonra oğlu Bəhruz Paşayevə zərbələr endirməkdə davam edib: “Bəhruzun huşsuz vəziyyətdə yerdə uzandığını görərək oğlumun həbsə düşməsindən qorxdum. Ona “ondan əl çək qollarım yanıb, məni həkimə çatdır, sonra Bəhruzu polisə verərik”, - deyə bildirdim. Sonra oğlumla birlikdə otaqdan çıxaraq evə qalxdıq”.

“Məni şantaj edib”

Zərərçəkmişin sözlərinə görə, təxminən 8 il əvvəl Bəhruz Paşayev onu narahat etməyə başlayıb: “Bəhruz zənglər edərək məni şantaj edib. O, məni görən kimi söz atıb, mağazanın zəngini yersiz basaraq, məni narahat edib. Bəhruz oğlum yaşında olduğundan pis fikirlə mənə əl atacağını əvvəllər düşünə bilməmişəm. Ərim rəhmətə gedəndən sonra bir gün oğlumla birlikdə Bəhruzun atası Sadıq Paşayevin maşını ilə mal gətirməyə getdik. Sadıq telefonunda kontur olmadığından məndən xahiş etdir ki, telefonundan Bəhruza zəng edim, atlarını çayın kənarından aparmağı deyim. Aradan bir az keçdikdən sonra Bəhruz telefonda nömrəmi göstərərək, məni kənddə rüsvay edəcəyi ilə qorxudub, şantaj etməyə başlayıb, dəfələrlə mənə zəng edib. Vəziyyətin getdikcə dərinləşdiyini düşünərək Bəhruzun atasına oğluna xəbərdarlıq etməsini demişəm. Bundan sonra Sadıqin Bəhruzu döydüyünü bilmişəm. Aradan yarım saat keçmiş Bəhruz Paşayev ilə anası gələrək məni çağırıb, həmin vaxt Bəhruz Paşayev anasının yanında mənə şər atıb. Bəhruz Paşayevin hərəkətləri barədə sonuncunun bacısına da şikayət etmişəm”.

Təcavüzçüyə 4 il 6 ay cəza

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəhruz Paşayev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Bəhruz Paşayev apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını istəyib.

Həmçinin zərərçəkmiş də apelyasiya şikayəti verib. O, Bəhruz Paşayevin cəzasının 5 il 6 aya qədər artırılmasının istəyib.

Tərəflərin şikayətləri araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Nazim Mövsümovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin və zərərçəkmiş tərəfin apelyasiya şikayətlərinin dəlilləri araşdırılıb.

Hakim kollegiyası tərəflərin şikayətlərinin təmin edilməməsi barədə qərar elan edib.

Anasına təcavüz edəni bıçaqladı, 11 il 3 ay cəza aldı

Qeyd edək ki, cinayət işi üzrə zərərçəkmişin oğlu Vidadinin işinə ayrıca icraatda baxılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə qadının oğlu Vidadi Məmmədov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Vidadi Məmmədovun barəsində tərtib olunan ittiham aktında qeyd olunub ki, kənd sakini Bəhruz Paşayevlə qonşusu, 52 yaşlı Sahibə Babayevanın arasında şəxsi zəmində münaqişə yaşanıb. Sonradan Samirə Məmmədovanın oğlanları da mübahisəyə qoşulublar.

Bəhruz Paşayev həmin vaxt sərxoş olub. O, Samirə Məmmədovaya təcavüz etmək istəyib. Bu zaman münaqişə yaranıb və Samirə Bəhruzun üzərinə qaynar su töküb. O, Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ona cərrahiyyə şöbəsinə müvafiq yardımlar göstərilərkən gecə saatlarında özünü zərərçəkən Bəhruz Paşayevin yaxını kimi təqdim edərək xəstəxanaya daxil olan Vidadi Məmmədov ona sarğı otağında 6 bıçaq zərbəsi vuraraq ağır bədən xəsarətləri yetirib.

Yaralı üzərində 6 saat cərrahiyyə əməliyyatı aparıldıqdan sonra onu həyatda saxlamaq mümkün olub.(publika.az)скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 737 03.04.18 13:05