Bakıda müəllim şagirdi təhqir etdi, şagird cavab qaytarmadığı üçün döyüldü – FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:06 “Apple” planşet istəyənlərə PİS XƏBƏR: Təkmilləşdirilmiş ekran olmayacaq  |     22:59 Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü  |     22:52 Bu il hər addımda şanslı olacaq BÜRCLƏR  |     22:44 “Apple” çoxdan gözlənilən cihazları mayda nümayiş etdirəcək  |     22:39 Ana 3 yaşlı qızını caduya görə öldürdü  |     22:31 Bakının bu rayonunda bu gecədən qaz kəsiləcək  |     22:26 İmişli-Biləsuvar yolunda “Prado” aşıb, ölənlər və xəsarət alanlar var  |     22:15 Elektron siqaretlərlə bağlı xəbərdarlıq – “Xərçəngə səbəb olur”  |     22:08 Əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək  |     22:02 Pilləkənlərlə qalxmaq ömrü uzadır  |     21:55 Girişində “7/24” yazılan bəzi apteklər gecələr niyə işləmir? – AÇIQLAMA  |     21:49 Avtobusların arxasında “gizlənən” sürücülər - VİDEO  |     21:37 Moskva aeroportunda partlayış təhlükəsi elan edilib  |     21:31 40 azn rüsumu olan sağlamlıq arayışı mayın 1-dən kimlərə pulsuz veriləcək? - VİDEO  |     21:18 İstirahət günü hava necə olacaq?  |     21:01 ABŞ Gürcüstana qarşı siyasətində dəyişiklik edəcəyini açıqladı  |     20:55 Cəlilabadda minik avtomobili yanıb  |     20:46 Zəngəzurda İrana məxsus avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var  |     20:38 Azərbaycanda geostasionar orbitlərdəki peyk rabitəsi vasitələrini özəlləşdirməyə icazə verilib  |     20:31 Qəzzada ölənlərin sayı 34 388 nəfərə çatıb  |    

Bakıda müəllim şagirdi təhqir etdi, şagird cavab qaytarmadığı üçün döyüldü – FOTO

Biləcəri sürücülük məktəbində təhsil alan Məhəmməd Mütəllimov döyülüb.

Median.Az
xəbər verir ki, şagirdin döyülməsinə səbəb, müəllimin onu təhqir etməsidir. Belə ki, Yusif adlı müəllim onu küçə söyüşü ilə təhqir edib, Məhəmməd isə ona cavab qaytarmayıb.

Bu səbəbdən məktəbin digər şagirdləri onu ələ salıb, təhqir ediblər. Hər şey də bundan sonra başlayıb.

Hazırda əməliyyat edilən Məhəmmədin anası Səriyyə Mütəllimova minval.info-ya məsələni ətraflı danışıb:

“Müəllim küçə söyüşündən istifadə edərək oğlumu təhqir edib. Mən də oğluma tapşırmışam ki, atanı söysələr də cavab qaytarma. Ona görə də oğlum cavab qaytarmayıb.

Bundan sonra 3 nəfər Kənan, Süleyman və Taleh adlı məktəbin şagirdləri oğluma deyiblər ki, “Sən o söyüşə cavab qaytarmadın. Deməli ona layiqsən”. Buna görə də, dava düşüb. O üç nəfər birləşib oğlumu döyüblər. Nəyləsə vurub, ayağını sındırıblar. Hazırda “Baku City Hospital”-dayıq. Oğlumun ayağını əməliyyat edəcəklər”.

Daha ətraflı məlumat dərc ediləcək.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 993 31.03.18 14:48