"Odlar Yurdu" universitetindən pul oğurlayan şəxsi oğurlayan dəstə üzvlərinə cəza istənilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:06 “Apple” planşet istəyənlərə PİS XƏBƏR: Təkmilləşdirilmiş ekran olmayacaq  |     22:59 Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü  |     22:52 Bu il hər addımda şanslı olacaq BÜRCLƏR  |     22:44 “Apple” çoxdan gözlənilən cihazları mayda nümayiş etdirəcək  |     22:39 Ana 3 yaşlı qızını caduya görə öldürdü  |     22:31 Bakının bu rayonunda bu gecədən qaz kəsiləcək  |     22:26 İmişli-Biləsuvar yolunda “Prado” aşıb, ölənlər və xəsarət alanlar var  |     22:15 Elektron siqaretlərlə bağlı xəbərdarlıq – “Xərçəngə səbəb olur”  |     22:08 Əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək  |     22:02 Pilləkənlərlə qalxmaq ömrü uzadır  |     21:55 Girişində “7/24” yazılan bəzi apteklər gecələr niyə işləmir? – AÇIQLAMA  |     21:49 Avtobusların arxasında “gizlənən” sürücülər - VİDEO  |     21:37 Moskva aeroportunda partlayış təhlükəsi elan edilib  |     21:31 40 azn rüsumu olan sağlamlıq arayışı mayın 1-dən kimlərə pulsuz veriləcək? - VİDEO  |     21:18 İstirahət günü hava necə olacaq?  |     21:01 ABŞ Gürcüstana qarşı siyasətində dəyişiklik edəcəyini açıqladı  |     20:55 Cəlilabadda minik avtomobili yanıb  |     20:46 Zəngəzurda İrana məxsus avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var  |     20:38 Azərbaycanda geostasionar orbitlərdəki peyk rabitəsi vasitələrini özəlləşdirməyə icazə verilib  |     20:31 Qəzzada ölənlərin sayı 34 388 nəfərə çatıb  |    

"Odlar Yurdu" universitetindən pul oğurlayan şəxsi oğurlayan dəstə üzvlərinə cəza istənilib

Bakı Ağır Cinayətlər Məhkəməsində Turab Nağıyev, Şahmar Nağıyev və Altay Əliyevin CM-nin 144.2.1 (adam oğurluğu, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Median.Az
xəbər verir ki, ittiham aktına əsasən, təqsirləndirilən şəxs - Şahmar Nağıyev digər şəxslərlə birlikdə, qohumu Pərviz Quliyevin dostları ilə 2016-cı ilin yanvarında "Odlar Yurdu" Universitetindən külli miqdarda pul oğurlamasını öyrənib. Oğurluq zamanı əldə olunmuş pullardan faydalanmaq məqsədilə o, Quliyevə zəng edərək, bu barədə məlumatlı olduqlarını və polisə xəbər verməmək üçün onlarla da pul bölüşməsini deyib. Sonuncu onun xahişini rədd edib. Buna görə, qabaqcadan əlbir olan şəxslər martın 13-də kafedən çıxan Pərvizin qabağını kəsib, zor tətbiq etməklə, onu Altay Əliyevin idarə etdiyi avtomobilə əyləşdiriblər. Onu başqa kafeyə apararaq, orda döyüb, əldə etdiyi puldan onlara da verməsini tələb ediblər. Bu yolla təqsirləndirilən şəxslər zərərçəkmişdən 18.000 manat pul alıblar.

Keçirilən prosesdə çıxış edən prokuror T.Nağıyevə 12, A.Əliyevə 11 və Ş.Nağıyevə 10 il cəza təyin edilməsini xahiş edib.

Qeyd edək ki, ötən proseslərin birində zərərçəkmiş qismində dindirilmiş Pərviz Quliyev bildirib ki, təqsirləndirilən şəxslər onu oğurlamayıblar və o, ittiham aktına yazılanlarla razı deyil.

Növbəti proses aprelin 3-nə təyin edilib.



Xatırladaq ki, ötən ilin mart ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Universitetinin prorektoru M.Vəliyevin iş otağından içərisində 429.722 manat olan seyfi oğurlayan Vüqar Vəiyev 10 il 6 ay, Ramin Abbasov, Pərviz Quliyev, Həzrət Məmmədov 9 il və Sübhan Ələkbərov 7 il müddətinə azadlıqdan məhrum olunublar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 314 29.03.18 18:20