Otelə bomba qoyulması barədə məlumat verən şəxs psixiatriya xəstəxanasına göndərilib- » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:06 “Apple” planşet istəyənlərə PİS XƏBƏR: Təkmilləşdirilmiş ekran olmayacaq  |     22:59 Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü  |     22:52 Bu il hər addımda şanslı olacaq BÜRCLƏR  |     22:44 “Apple” çoxdan gözlənilən cihazları mayda nümayiş etdirəcək  |     22:39 Ana 3 yaşlı qızını caduya görə öldürdü  |     22:31 Bakının bu rayonunda bu gecədən qaz kəsiləcək  |     22:26 İmişli-Biləsuvar yolunda “Prado” aşıb, ölənlər və xəsarət alanlar var  |     22:15 Elektron siqaretlərlə bağlı xəbərdarlıq – “Xərçəngə səbəb olur”  |     22:08 Əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək  |     22:02 Pilləkənlərlə qalxmaq ömrü uzadır  |     21:55 Girişində “7/24” yazılan bəzi apteklər gecələr niyə işləmir? – AÇIQLAMA  |     21:49 Avtobusların arxasında “gizlənən” sürücülər - VİDEO  |     21:37 Moskva aeroportunda partlayış təhlükəsi elan edilib  |     21:31 40 azn rüsumu olan sağlamlıq arayışı mayın 1-dən kimlərə pulsuz veriləcək? - VİDEO  |     21:18 İstirahət günü hava necə olacaq?  |     21:01 ABŞ Gürcüstana qarşı siyasətində dəyişiklik edəcəyini açıqladı  |     20:55 Cəlilabadda minik avtomobili yanıb  |     20:46 Zəngəzurda İrana məxsus avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var  |     20:38 Azərbaycanda geostasionar orbitlərdəki peyk rabitəsi vasitələrini özəlləşdirməyə icazə verilib  |     20:31 Qəzzada ölənlərin sayı 34 388 nəfərə çatıb  |    

Otelə bomba qoyulması barədə məlumat verən şəxs psixiatriya xəstəxanasına göndərilib-

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Elmar Qasımovun (1994-cü il təv.) CM-nin 216-cı (terrorçuluq barədə yalan məlumat vermə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, bu il yanvarın 2-də saat 22 radələrində naməlum şəxs Səbail rayonu ərazisindəki otellərdən birinə bomba qoyulması barədə məlumat verib. Məlumat əsasında hadisə yerinə FHN və polis əməkdaşları cəlb olunub. Araşdırma zamanı məlumat təsdiqini tapmayıb. Həmin gün isti izlərlə Bakı ş. Baş Polis İdarəsi (BPİ) və Səbail RPİ əməkdaşlarının əməliyyat-axtarış tədbirləri ilə partlayıcı qurğu qoyulması barədə yalan məlumat verməkdə şübhəli bilinən Elmar Qasımov müəyyən edilərək saxlanılıb.

Keçirilən kompleks məhkəmə-psixiatrik ekspertizasının rəyinə görə, E.Qasımov cinayəti törədərkən öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmayıb. Buna görə onun əməli CM-nin 21-ci (anlaqsızlıq) maddəsinin təsiri altına düşür.

Məhkəmə qərara gəlib ki, təqsirləndirilən şəxsə məcburi müalicə tədbirləri tətbiq edilsin və o, 1 saylı Respublika Psixiatriya xəstəxanasına göndərilsin.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 111 29.03.18 16:09