Bakıda evinə qayıdan sakin gördüyü mənzərədən şoka düşüb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:06 “Apple” planşet istəyənlərə PİS XƏBƏR: Təkmilləşdirilmiş ekran olmayacaq  |     22:59 Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü  |     22:52 Bu il hər addımda şanslı olacaq BÜRCLƏR  |     22:44 “Apple” çoxdan gözlənilən cihazları mayda nümayiş etdirəcək  |     22:39 Ana 3 yaşlı qızını caduya görə öldürdü  |     22:31 Bakının bu rayonunda bu gecədən qaz kəsiləcək  |     22:26 İmişli-Biləsuvar yolunda “Prado” aşıb, ölənlər və xəsarət alanlar var  |     22:15 Elektron siqaretlərlə bağlı xəbərdarlıq – “Xərçəngə səbəb olur”  |     22:08 Əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək  |     22:02 Pilləkənlərlə qalxmaq ömrü uzadır  |     21:55 Girişində “7/24” yazılan bəzi apteklər gecələr niyə işləmir? – AÇIQLAMA  |     21:49 Avtobusların arxasında “gizlənən” sürücülər - VİDEO  |     21:37 Moskva aeroportunda partlayış təhlükəsi elan edilib  |     21:31 40 azn rüsumu olan sağlamlıq arayışı mayın 1-dən kimlərə pulsuz veriləcək? - VİDEO  |     21:18 İstirahət günü hava necə olacaq?  |     21:01 ABŞ Gürcüstana qarşı siyasətində dəyişiklik edəcəyini açıqladı  |     20:55 Cəlilabadda minik avtomobili yanıb  |     20:46 Zəngəzurda İrana məxsus avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var  |     20:38 Azərbaycanda geostasionar orbitlərdəki peyk rabitəsi vasitələrini özəlləşdirməyə icazə verilib  |     20:31 Qəzzada ölənlərin sayı 34 388 nəfərə çatıb  |    

Bakıda evinə qayıdan sakin gördüyü mənzərədən şoka düşüb

Oğrular evə pəncərədən giriblər, içində qızıl və pul olan seyfi aparıblar

Bakının Səbail rayonunda içində pul və qızıl olan seyf oğurlanıb.

Bu barədə Səbail rayon Polis İdarəsindən məlumat verilib.

Cinayət 24-26 mart tarixlərində Badamdar qəsəbəsində baş verib. Həmin dövr ərzində Ağayev küçəsində yerləşən evin sahibi İsmayılov Sərxan Mais oğlu evdə olmayıb. Evə qayıdanda isə gördüyü mənzərədən şoka düşüb. O, pəncərənin qırıldığını, seyfin aparıldığını görüb. Bu barədə dərhal polisə xəbər verib.

Məlum olub ki, oğrular evə pəncərədən daxil olub. Onlar 60X70 santimetr ölçüdə olan seyfi oğurlayıblar. Həmin seyfin içində 2 min 500 ABŞ dolları və 3 min manat dəyərində qızıl-zinət əşyaları olub.

Polisdən bildiriblər ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hələlik seyf oğrularının izinə düşməyib. Lakin bu istiqamətdə iş davam edir.

Qeyd edək ki, martın 1-dən 27-dək Bakı şəhərində hüquq-mühafizə orqanlarında 900-dək dövlət və şəxsi əmlakı oğurlama faktı qeydə alınıb. Onlardan yalnız 130-nun üstü "isti izlərlə" açılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 242 28.03.18 21:07