Saxta pulla alış-veriş edən şəxs saxlanıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:06 “Apple” planşet istəyənlərə PİS XƏBƏR: Təkmilləşdirilmiş ekran olmayacaq  |     22:59 Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü  |     22:52 Bu il hər addımda şanslı olacaq BÜRCLƏR  |     22:44 “Apple” çoxdan gözlənilən cihazları mayda nümayiş etdirəcək  |     22:39 Ana 3 yaşlı qızını caduya görə öldürdü  |     22:31 Bakının bu rayonunda bu gecədən qaz kəsiləcək  |     22:26 İmişli-Biləsuvar yolunda “Prado” aşıb, ölənlər və xəsarət alanlar var  |     22:15 Elektron siqaretlərlə bağlı xəbərdarlıq – “Xərçəngə səbəb olur”  |     22:08 Əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək  |     22:02 Pilləkənlərlə qalxmaq ömrü uzadır  |     21:55 Girişində “7/24” yazılan bəzi apteklər gecələr niyə işləmir? – AÇIQLAMA  |     21:49 Avtobusların arxasında “gizlənən” sürücülər - VİDEO  |     21:37 Moskva aeroportunda partlayış təhlükəsi elan edilib  |     21:31 40 azn rüsumu olan sağlamlıq arayışı mayın 1-dən kimlərə pulsuz veriləcək? - VİDEO  |     21:18 İstirahət günü hava necə olacaq?  |     21:01 ABŞ Gürcüstana qarşı siyasətində dəyişiklik edəcəyini açıqladı  |     20:55 Cəlilabadda minik avtomobili yanıb  |     20:46 Zəngəzurda İrana məxsus avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var  |     20:38 Azərbaycanda geostasionar orbitlərdəki peyk rabitəsi vasitələrini özəlləşdirməyə icazə verilib  |     20:31 Qəzzada ölənlərin sayı 34 388 nəfərə çatıb  |    

Saxta pulla alış-veriş edən şəxs saxlanıldı

Siyəzən Rayon Polis Şöbəsinə müraciət edən Ruslan Hacıyev şəhərdəki bazarda ona məxsus piştaxtaya yaxınlaşmış naməlum şəxsin orada satıcı işləyən qardaşı Rüstəmə 5 ədəd 100 manatlıq əskinas verərək balıq məhsulları aldığını, sonradan həmin əskinasların saxta olduğunu müəyyən etdiklərini bildirib.

Daxili İşlər Nazirliyindən Criminal.az-a verilən məlumata görə, R.Hacıyev həmin saxta əskinasları polisə təqdim edib.Polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Təxirəsalınmaz tədbirlərlə saxta əskinaslarla alış-veriş etməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Bəhruz Nəcəfov olduğu məlum olub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 204-cü (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə cinayət işi başlanılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 330 26.03.18 16:52