Bakıda gizli qumarxana aşkarlanıb – FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:48 Onlayn alış-veriş edənləri aldadan şəxs saxlanıldı - FOTO  |     11:47 Şimali Makedoniyada ilk dəfə qadın prezident seçilib  |     11:46 Qazaxda narkotik yetişdirən şəxs saxlanıldı  |     11:45 Dünya bazarında neft qiymətləri dəyişib  |     11:44 Suraxanıda gənc qızı avtomobil vurub  |     11:41 “WhatsApp”da daha bir yenilik  |     11:39 Fiziki məhdudiyyətli şəxsə əlillik təyin edilmir: “Məni get-gələ salıblar” - VİDEO  |     11:36 Yüksək bal toplayan abituriyentlərin sayının çox olması subbakalavrların şansını azaldıb - VİDEO  |     11:34 Diabet xəstələri üçün olan qidalar niyə bahadır? - VİDEO  |     11:34 Aya Yerin 275 dilinin olduğu kapsul göndəriləcək  |     11:32 Bakının mərkəzində MƏSULİYYƏTSİZLİK: Çox sayda maşının eyni vaxtda təkəri partladı - VİDEO  |     11:27 Yer kürəsində rekord dərəcədə istilik müşahidə olunur  |     11:17 Türkiyədən “Meta”ya milyon dollarlıq cərimə  |     22:42 Dünyanın ən zəngin şəhəri hansıdır?  |     22:32 AFFA “Kəpəz”i 8500 manat cərimələdi  |     22:24 Özünü qazi kimi təqdim edən dələduz saxlanıldı  |     22:20 Şaurma və dönərdən zəhərlənmənin əlamətləri – Nə etməli?  |     22:13 Yasamalda mənzildən meyit tapıldı  |     21:58 İsrail daha 11 fələstinlini saxladı  |     21:50 Britaniya Rusiyanın hərbi attaşesini qovur, diplomatik binalarının statusunu ləğv edir  |    

Bakıda gizli qumarxana aşkarlanıb – FOTO

Qeyri-qanuni təşkil olunan qumarxana, kazino, totalizator və bu kimi oyunların keçirildiyi obyektlərin fəaliyyətinin qarşının alınması istiqamətində daxili işlər orqanlarının əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən oxu.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə paytaxtın Binəqədi rayonu ərazisində yerləşən çay evlərindən birində pul uduşlu qumar oyunlarının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində qeyd edilən obyekt nəzarətə götürülüb və həmin çay evində qumar oyunlarının keçirildiyi sübuta yetirilib.

Əməliyyat-axtarış tədbiri nəticəsində həmin obyektdə pul uduşlu qumar oyunları təşkil etməkdə şübhəli bilinən, Bakı şəhər sakini Mübariz Quliyev və orada qumar oynayan şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.

Çay evinə baxış keçirilən zaman qumar oyunlarında istifadə olunan əşyalar, pul vəsaitləri və iş üçün maraq kəsb edən digər maddi sübutlar aşkar edilərək götürülüb.

Qeyd edilən faktla bağlı toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş İdarənin İstintaq Şöbəsinə göndərilib.






скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 812 09.03.18 13:00