Azərbaycanda bank rəhbəri 115 milyon manatı oğurlayıb ölkədən qaçdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Azərbaycanda bank rəhbəri 115 milyon manatı oğurlayıb ölkədən qaçdı

"Bank Standard” QSC Kommersiya Bankınıın İdarə Heyətinin sabiq sədri, barəsində beynəlxalq axtarış elan edilmiş Səlim Kirmanın banka nə qədər ziyan vurduğu məlum olub. Lent.az-ın məlumatıma görə, bu barədə "Çudo Peçka” və "ÇP Aqro” MMC-lərinin təsisçisi Çingiz Cəlilovun ittiham aktında məlumat var.

S.Kirman ümumilikdə 41 epizod üzrə təqsirli bilinərək, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, "Bank Standard” QSC-yə məxsus 104 milyon 757 min 155 manatlıq əmlakı və 10 milyon 749 min 500 manat vəsaiti ələ keçirib.

Onu da qeyd edək ki, 2016-cı ilin sentyabr ayının 28-də S.Kirmanın cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb olunmasına dair qərar qəbul edilib. Lakin o, istintaqdan gizləndiyi üçün barəsində axtarış elan olunub.

Binəqədi Rayon Məhkəməsinin 5 oktyabr 2016-cı il tarixində çıxardığı qərarla S.Kirmanın barəsində həbs qətimkan tədbiri seçilib. Eyni zamanda, "İnterpol" xətti ilə axtarışa verilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 364 11.01.18 18:22