Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərardan verilən apellyasiya şikayətinə baxılıb.
APA xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə apellyasiya şikayəti təmin edilməyib və Xətai Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, Xətai rayon Məhkəməsinin qərarına görə, Anar Məmmədli barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli aprelin 29-da saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib.