Borca görə arvadını təklif etdi - Bakıda şok olay » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:33 Sabahdan külək güclənəcək  |     17:16 İzmirin Adnan Menderes Hava Limanı bağlandı  |     17:10 Tibbi xidmətin göstərilməsi qaydalarını pozmağa görə yeni cəzalar  |     16:55 Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib  |     16:43 Tibbi xidmətin göstərilməsi qaydalarını pozmağa görə yeni cəzalar  |     16:32 Miqrasiya Xidmətindən əcnəbilərə xəbərdarlıq - 31 iyula kimi vaxtınız var  |     16:23 Rusiya Azərbaycana nota verib  |     16:15 Azərbaycanla Şimali Makedoniya diplomatik və xidməti pasport sahiblərini qarşılıqlı viza tələbindən azad edir  |     15:59 Hacıqabulda batan 91 yaşlı kişinin meyiti tapıldı  |     15:53 Attestasiya imtahanından keçməyən bəzi müəllimlərə ikinci şans veriləcək  |     15:48 Bakıda bu ərazi yanır  |     15:47 DİN Bakıda narkotik tranziti və onlayn dələduzluqda şübhəli bilinən Rusiya vətəndaşlarından ibarət iki dəstəni saxlayıb (FOTO)  |     15:40 Dənizdən meyiti tapılan şəxs tələbə imiş...  |     15:39 Tiktoker Roşka ev dustaqlığına buraxılmadı  |     15:35 Azərbaycanda rusdilli məktəblər BAĞLANIR?  |     15:28 Türkiyədə zəlzələ oldu  |     15:24 Karantin rejiminin müddəti uzadıldı - Bu gündən  |     15:20 Xalq artistinə ağır itki  |     15:13 Məktəbli formalarını bu gündən daha ucuz qiymətə ala bilərsiniz  |     15:08 Növbəti həftə magistraturaya ixtisas seçimi başlayır  |    

Borca görə arvadını təklif etdi - Bakıda şok olay

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Seymur Abıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Median.Az
Report-a istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib.

S.Abıyev özünü elan edilən ittihamla təqsirli bilib.

O, ifadə verməzdən əvvəl mərhumun atasının zaldan çıxmasını xahiş edib. Amma məhkəmə onun bu istəyini rədd edib.

S.Abıyev bildirib ki, qətlə yetirdiyi Amin Bayramovun ona borcu olub: “Bu barədə söhbət edəndə dedi ki, “arvadımdan xoşun gəlir?” Mən də onu başa saldım. Sonra gedib adama bir pivə aldıq. İçəndən sonra yenə mənə olan borcunun qarşılığında arvadını təklif etdi. O an beynim çöndü. Dəmiri yerdən götürüb, bir neçə dəfə vurdum. Elə vuran kimi də öldü. Həyətdə yer qazıb basdırdım”.

Qeyd edək ki, Bilgəh qəsəbə sakini Nəzakət Bayramova ötən ilin yayında Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə müraciət edərək oğlu Amin Bayramovun itkin düşməsini – bir gün əvvəl yaşadığı evdən xəbərsiz çıxaraq geri qayıtmadığını bildirib.

A.Bayramovun həmin gün Binə qəsəbəsində yaşayan qohumu S.Abıyevin evinə getdiyi və məhz bu müəmmalı gedişdən sonra sonuncu şəxs barəsində hər hansı məlumatın olmadığı müəyyən edilib.

A.Bayramovun avqustun 12-də Binə qəsəbəsində aralarında yaranmış münaqişə zəminində S.Abıyev tərəfindən küt alətlə qətlə yetirilərək həyətdə basdırıldığı müəyyən edilib. Daha sonra o, həbs olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 280 08.01.18 12:40