"Zevs"in qardaşı 12 ilədək HƏBS EDİLƏ BİLƏR » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:44 Birinci Qarabağ müharibəsinin daha üç şəhidi dəfn olunacaq  |     14:27 İki yeniyetməni zorladı, onlardan biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT  |     14:08 ABŞ Çindən bağlamaların qəbulunu dayandırıb  |     13:52 Azərbaycanda DƏHŞƏT: 15 yaşlı oğlan özünü ov tüfəngi ilə öldürdü  |     13:42 Azərbaycanlı futbolçunun Belçika klubuna transferi baş tutmadı - SƏBƏB  |     13:15 ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində NƏ BAŞ VERİR? - Kütləvi ixtisarlar başladı  |     12:57 Hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib - SOCAR məlumat yaydı  |     12:41 Polis Yardımlıda əməliyyat keçirdi: Saxlanılanlar var  |     12:40 FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  |     12:39 Bakıda iki avtomobil toqquşdu: Üç nəfər öldü  |     12:39 Ağstafada hərbçilər dəm qazından zəhərləniblər  |     12:36 Jurnalist Şəmşad Ağa saxlanıldı  |     12:35 "ChatGPT" yaradıcısından möhtəşəm yenilik: Smartfonları əvəz edəcək qadcet hazırlanır  |     12:33 "Buzlaqlar sürətlə əriyir" - Britaniyalı alim  |     12:27 Qulaqlarda cingiltinin səbəbləri nələrdir? - Həkim açıqlayır  |     12:27 FIDE-dən Karlsenin turnirində iştirak edən şahmatçılara ULTİMATUM  |     12:25 Siqaret çəkməyənlər arasında ağciyər xərçəngi artmaqda davam edir  |     12:24 "Yuventus" Kenan Yıldıza qiymət qoydu  |     12:23 Ölmüş toxumaları "dirildən" material icad edildi  |     12:13 ABŞ-də it döyüşləri təşkil edən kişiyə 475 il həbs cəzası verildi  |    

"Zevs"in qardaşı 12 ilədək HƏBS EDİLƏ BİLƏR

"Farmaniya.com" dələduzluq piramidasının idarəçisi Hüseyn Quliyevin cinayət işi üzrə aparılan ibtidai istintaq yekunlaşıb.

Median.Az
"Qafqazinfo"ya istinadən məlumat verir ki, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Sosial şəbəkələrdə populyar olan "Zevs"in (Ruslan Quliyev) qardaşı Hüseynə qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma) maddəsi ilə yekun ittiham elan edilib. O, bu maddə ilə təqsirli bilinərsə, əmlakı müsadirə edilməklə 7 ildən 12 ilə kimi azadlıqdan məhrum edilə bilər.

Hüseyn 4 ay əvvəl Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib, həmin vaxtdan da həbsdədir.

İş üzrə ilk iclas fevralın 17-si başlayacaq. Prosesə hakim Leyla Əsgərova-Məmmədova sədrlik edəcək.

Qeyd edək ki, 19 yaşlı Hüseyn zərərçəkənlərə yatırdıqları sərmayənin müqabilində yüksək məbləğdə qazanc əldə edəcəklərini deyib. Bu yolla sayta müraciət edən 18 mindən çox şəxsin qeydiyyatdan keçməsinə və nəticədə 400 min manata yaxın vəsaitin dələduzluq yolu ilə ələ keçirilməsinə nail olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            249 05.02.25 11:51