Məhkəmə arvadını və körpə qızını öldürməkdə təqsirləndirilən şəxslə bağlı qərar verib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:52 Rusiya XİN həmin məktubla bağlı açıqlama yaydı  |     22:26 Tehranda İran əsilli Almaniya vətəndaşı azadlığa buraxılıb  |     22:04 Bu ərazilərdə işıq olmayacaq  |     21:31 Biləsuvar məcburi köçkün qəsəbələrindən daha 20 ailə Cəbrayıla köçürülüb  |     21:22 Polis Kaliforniyadakı təxliyə zonalarında 68 nəfəri saxlayıb  |     21:09 Danimarka Arktik ərazilər üzrə Trampla dialoqa hazır olduğunu təsdiqlədi  |     21:05 Dələduzluqda təqsirləndirilən keçmiş vəkil Elman Paşayevə qarşı yeni ittiham: Həbs müddəti uzadıldı  |     20:51 Rusiya Estoniya XİN-in vitse-kanslerini qara siyahıya salıb  |     20:39 Nəzrinin ölümü ilə bağlı cinayət işi başlandı  |     20:24 Ermənistanda deputat öldü  |     20:07 Nəzrinin ölümü ilə bağlı cinayət işi başlandı  |     19:22 Tibetdə daha bir güclü zəlzələ baş verib  |     17:55 Yaponiyada güclü zəlzələ: Sunami təhlükəsi elan olundu  |     17:47 Sabah külək güclənəcək - XƏBƏRDARLIQ  |     17:26 İxracdan əldə olunan pulları ölkəyə qaytarmayan şəxslərlə bağlı cinayət işləri məhkəməyə göndərilib  |     15:53 Sabah külək güclənəcək - XƏBƏRDARLIQ  |     15:19 Perinatal Mərkəzin sabiq direktoru məhkəmədə ifadə verməkdən imtina etdi  |     14:06 Magistr olmaq istəyənlərin nəzərinə!  |     13:45 Həftəiçi keçiriləcək görüşlərin AFİŞASI (SİYAHI)  |     13:41 Goranboyda iki bacı tüstüdən zəhərlənib  |    

Məhkəmə arvadını və körpə qızını öldürməkdə təqsirləndirilən şəxslə bağlı qərar verib

Abşeron rayonunun Qobu qəsəbəsində həyat yoldaşını və körpə qızını öldürməkdə təqsirləndirilən Fərid Hüseynlinin apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

Median.Az
"Report"a istinadən xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsində hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Fərid Hüseynlinin şikayəti təmin edilməyib.

Qeyd edək ki, hadisə 2023-cü ilin iyun ayında Abşeron rayonunun Qobu qəsəbəsində qeydə alınıb.

İttihama görə, 1993-cü il təvəllüdlü Fərid Firdovsi oğlu Hüseynli 2003-cü il təvəllüdlü həyat yoldaşı Leyla Əlişan qızı Hüseynliyə və 8 aylıq körpəsinə kəsici-deşici alətlə xəsarət yetirərək öldürüb. Daha sonra o özünə xəsarət yetirib və xəstəxanaya yerləşdirilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Fərid Hüseynli Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Leyla Hüseynli Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin III kurs tələbəsi olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            183 17.12.24 15:13