Azərbaycanda 20 yaşlı gənc toyu yasa döndərdi: 18 il həbs cəzası aldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:48 Xərçəngdən xilas - Xəstəliyin son mərhələsində 100 faiz effektiv olan peyvənd hazırlandı  |     15:47 Braziliya futbolunun əfsanəsi Antonio Lima vəfat edib  |     15:46 Türkiyədə KFC və "Pizza Hut"ın yüzlərlə filialı bağlandı: İşçilər maaşsız və təzminatsız qaldılar  |     15:41 "DeepSeek" şirkəti saxta məlumatlarla bağlı xəbərdarlıq etdi  |     14:05 Suriyanın Rusiya hərbi bazalarının ölkədə qalması üçün şərti var  |     13:49 Ankarada 33 nəfər saxta spirtli içkidən ölüb  |     13:34 Sürücülərin DİQQƏTİNƏ: Bakıda bir sıra yollarda işıqforların vaxt planı dəyişdirilib  |     13:17 Ermənistanda iki rusiyalı HƏBS EDİLDİ  |     12:57 Azərbaycanda yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı  |     12:45 Trampın Ukrayna üzrə sülh planının detalları məlum oldu  |     12:36 Yerə yaxınlaşan təhlükəli asteroidin toqquşma ehtimalı əhəmiyyətli dərəcədə artdı  |     12:31 Ağcabədidiə itkin düşən gəncin meyiti tapıldı  |     12:11 ABŞ Avropaya qaz tədarükünü əhəmiyyətli dərəcədə azaldıb  |     11:57 Göyərtəsində 10 nəfərin olduğu təyyarə yoxa çıxıb  |     11:54 Abşeron Gənclər Şəhərciyində qadın QORXU YARATDI: Dövlət qurumları hərəkətə keçdilər - VİDEO (YENİLƏNİB)  |     11:49 Azərbaycanda süfrə yağlarının qiyməti KƏSKİN ARTDI - VİDEO  |     11:47 Saatlıda narkotikin təsiri altında avtomobil idarə edənlər həbs olundular  |     11:47 Xəzərdə zəlzələ baş verdi  |     11:44 Hoteldə qızla tanış olmaq üçün qalmaqala səbəb olan azərbaycanlı futbolçu komandadan qovuldu  |     11:36 Gəncə Reabilitasiya Mərkəzinin pasiyentinin müəmmalı ölümü: Döyüldüyü iddia edilir  |    

Azərbaycanda 20 yaşlı gənc toyu yasa döndərdi: 18 il həbs cəzası aldı

Yevlaxda toyda tanışını qətlə yetirməkdə təqsirləndirilən 20 yaşlı oğlanın məhkəmə prosesi yekunlaşıb.

APA xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Tahir Abdullayev 18 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Qeyd edək ki, hadisə bu il iyunun 10-da Yevlax rayonunda toyda baş verib. 2004-cü il təvəllüdlü Tahir Abdullayev həmyerlisi 2000-ci il təvəllüdlü Elmir Abışova aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirib. Elmir Abbasov xəstəxanaya aparılırakən yolda ölüb. Tahir Abdullayev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılsa da, sonradan təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 221.3-cü maddələri ilə ittiham olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            324 14.12.24 13:57