"Təmizkar deyilsən" dedi, arvadını döydü » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:52 Rusiya XİN həmin məktubla bağlı açıqlama yaydı  |     22:26 Tehranda İran əsilli Almaniya vətəndaşı azadlığa buraxılıb  |     22:04 Bu ərazilərdə işıq olmayacaq  |     21:31 Biləsuvar məcburi köçkün qəsəbələrindən daha 20 ailə Cəbrayıla köçürülüb  |     21:22 Polis Kaliforniyadakı təxliyə zonalarında 68 nəfəri saxlayıb  |     21:09 Danimarka Arktik ərazilər üzrə Trampla dialoqa hazır olduğunu təsdiqlədi  |     21:05 Dələduzluqda təqsirləndirilən keçmiş vəkil Elman Paşayevə qarşı yeni ittiham: Həbs müddəti uzadıldı  |     20:51 Rusiya Estoniya XİN-in vitse-kanslerini qara siyahıya salıb  |     20:39 Nəzrinin ölümü ilə bağlı cinayət işi başlandı  |     20:24 Ermənistanda deputat öldü  |     20:07 Nəzrinin ölümü ilə bağlı cinayət işi başlandı  |     19:22 Tibetdə daha bir güclü zəlzələ baş verib  |     17:55 Yaponiyada güclü zəlzələ: Sunami təhlükəsi elan olundu  |     17:47 Sabah külək güclənəcək - XƏBƏRDARLIQ  |     17:26 İxracdan əldə olunan pulları ölkəyə qaytarmayan şəxslərlə bağlı cinayət işləri məhkəməyə göndərilib  |     15:53 Sabah külək güclənəcək - XƏBƏRDARLIQ  |     15:19 Perinatal Mərkəzin sabiq direktoru məhkəmədə ifadə verməkdən imtina etdi  |     14:06 Magistr olmaq istəyənlərin nəzərinə!  |     13:45 Həftəiçi keçiriləcək görüşlərin AFİŞASI (SİYAHI)  |     13:41 Goranboyda iki bacı tüstüdən zəhərlənib  |    

"Təmizkar deyilsən" dedi, arvadını döydü

Samux rayonunda 1981-ci il təvəllüdlü Nəriman şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Vüsaləyə (adlar şərti göstərilib - red.) xəsarət yetirib.

Median.Az
-ın Demokrat.az-a istinadla məlumatına görə, hadisə Samux rayonunun kəndində baş verib. Kənd sakini yaşadığı evində aralarında baş vermiş ailə münasibətləri zəminində mübahisə zamanı əli ilə qəsdən həyat yoldaşı Vüsalənin sol göz nahiyəsinə bir dəfə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisəni törədən Nərimanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nəriman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Samux rayonunun kəndində yaşayır, fərdi əməklə məşğuldur: "Zərərçəkmiş Vüsalə ilə 2019-cu il tarixdə ailə həyatı qurmuşam, 3 övladım var. Vüsalə ev işlərində və uşaqlara baxmaqda təmiz olmadığı üçün ona irad bildirmişəm. Bu səbəbdən aramızda dəfələrlə mübahisələr olub".

Nəriman qeyd edib ki, məlum hadisə günü, gecə saat 4 radələrində evində yatan zaman uşaq altını islatdığı üçün natəmiz iy gəlib: "Bu səbəbdən Vüsaləyə uşağın altını dəyişmədiyinə görə iradımı bildirdim. Bu zaman Vüsalə uşağın altını dəyişmək istəmədi. Mən bu səbəbdən əsəbiləşdim, özümü cilovlaya bilmədiyim üçün sol əlimin arxa hissəsi ilə Vüsalənin sol göz nahiyəsinə bərk vuraraq döydüm. Vüsalə sol göz nahiyəsindən xəsarət aldı. Mən buna əhəmiyyət vermədim. Həmin gün səhər tezdən duraraq işə getdim. Axşam saatlarında işdən evə qayıtdım. Bu zaman Vüsalənin evdə olmadığını gördüm. Onun harada olması barədə qonşu və qohumlardan soruşdum. Bu zaman Vüsalənin Goranboy rayonunun kəndində yaşayan baldızımın yanında olmasını müəyyən etdim. Mən baldızım ilə telefon əlaqəsi saxladım. Vüsalənin orada olduğunu, barəmdə şikayət etdiyini bildim".

Bu cinayət işinə Samux Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nəriman 240 saat ictimai işlər cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            354 14.12.24 13:55