Müdafiə Nazirliyində mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisi məsuliyyətə cəlb olunub » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:49 Hansı avtomobillər keyfiyyətsizdir?  |     22:41 “M23” üsyançıları Konqonun şərqində irəliləyir  |     22:34 Azərbaycanın nar ixracından gəliri niyə azalıb?  |     22:28 Rusiyada dayanacaqda 30-dan çox avtomobil yandı  |     22:21 Ağdərədə ermənilərə məxsus silahlar aşkarlandı  |     22:16 Daha bir ölkə ÜST-dən çıxır  |     22:07 Bakı metrosunda qatarın tavanından salona su axdı - Araşdırma aparıldı  |     21:59 "Medera Hospital"ın rəhbərinə 25 minlik cərimə edildi - Rəhbəri narazı qaldı  |     21:46 Bakıda daha 2 marşrut xətti müsabiqəyə çıxarılır  |     21:40 ABŞ Nümayəndələr Palatası Trampa impiçment elan etmək istəyir  |     21:15 "An-2" sanitar təyyarəsi Qazaxıstanda sərt eniş edib  |     21:14 Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: Torpaq qalmaqalına yenidən baxılacaq  |     21:10 Məşhur cərrah Dilqəm Məhərrəmov və həyat yoldaşı lisenziyasız qaldılar  |     21:05 DSMF sədri: "Minimum əməkhaqqının artırılması 700 min nəfəri əhatə edəcək"  |     21:04 Azərbaycan Kuboku: "Sabah" - "Sumqayıt" oyununda hesab açılmayıb  |     21:02 Ağcabədidə keçmiş məhkum özünü asdı  |     20:57 AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatın TƏHLİLİ (VİDEO)  |     20:31 Turabi barəsində həbs qərarı çıxdı  |     20:24 Dövlət qurumunda işə düzəltmək adı ilə vətəndaşları aldadan şəxs tutulub  |     20:18 DİN: Xarici kiber müdaxilələrlə ötən il bank kartlarından 22,4 milyon manat talanıb  |    

Müdafiə Nazirliyində mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisi məsuliyyətə cəlb olunub

Müdafiə Nazirliyində mənimsəmə faktına görə müxtəlif hərbi hissələrdə maliyyə xidmət rəisi vəzifəsində işləmiş Cəbrayıl Oruc oğlu Orucov cinayət məsuliyyətinə cəlb olunub.

Median.Az
"Report"a istinadən xəbər verir ki, onun barəsində açılan cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq məhkəməyə göndərilib.

İş baxılması üçün Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun icraatına verilib.

O, Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə təqsirli bilinir.

Qeyd edək ki, Cəbrayıl Orucov Müdafiə Nazirliyində ümumilikdə 143 milyon manat mənimsəmədə təqsirləndirilən nazirliyin Maliyyə və büdcə idarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesində şahid qismində ifadə vermişdi.

Ötən müddətdə Cəbrayıl Orucov dövlət büdcəsinə vurulmuş ümumi ziyanın özünə çatan hissəsini ödəməyibdir.

Xatırladaq ki, Müdafiə Nazirliyində 143 milyon manat mənimsəmədə təqsirləndirilən şəxslər hər biri iki il müddətə maddi və rəhbər vəzifə tutmaq hüququndan məhrum ediliblər. Bundan başqa Nizami Məmmədov və Bayram Bayramov 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə isə 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            342 13.12.24 17:00