300 minlik dələduzluq edən sabiq məktəb direktoru ilə bağlı QƏRAR » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:42 Polkovnik Seymur Qurbanov dələduzluqda İTTİHAM OLUNUR  |     19:19 Həbsdə olan icra başçısı cəzaçəkmə rejiminin dəyişdirilməsini istəyir  |     19:18 Ermənistan Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən "yaşıl enerji" layihəsinə qoşulmaq istəyir  |     19:17 Azərbaycanda həbsdə olan beynəlxalq kibercinayətkar şəbəkənin üzvünün müraciətinə baxılıb  |     19:17 Paşinyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiya prosesi ilə bağlı Kobaxidzeyə məlumat verib  |     19:16 İstanbulda saxta spirtli içkidən ölən Özbəkistan vətəndaşlarının sayı 23-ə çatıb  |     19:15 Qəzza zolağından İsrailin iki, Tailandın beş vətəndaşı azad edilib  |     19:15 Dörd ölkənin bəzi ərazilərindən ət və quşçuluq məhsullarının Azərbaycana idxalına qadağa qoyulub  |     19:14 Mingəçevirdə ötən həftə maşın vuran piyada xəstəxanada ölüb  |     19:13 Azərbaycanda internet infrastrukturunun İnkişafı: Son illərin nəticələri  |     19:13 Azərbaycanı Fransada keçiriləcək "Böyük Dəbilqə"də 10 cüdoçu təmsil edəcək  |     19:13 "İslami Cihad" azad ediləcək iki girovu qaytarıb  |     19:12 Yanvarın son gününə olan hava proqnozu açıqlanıb  |     19:11 Azərbaycandakı valyuta hərraclarındakı satış 20 %-ə yaxın artıb  |     19:06 İlkin tibbi sanitariya yardımı xidməti ilə bağlı İşçi Qrup yaradılıb  |     19:06 Gəncədə 31 tüfəng polisə təhvil verilib  |     19:05 İranda ərzaq bahalaşıb  |     19:05 UEFA Avropa Liqasında Liqa mərhələsinə yekun vurulacaq  |     19:04 Sumqayıtda silah-sursat aşkarlanıb  |     19:04 Salyanda 4 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb  |    

300 minlik dələduzluq edən sabiq məktəb direktoru ilə bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü Samirə Əkbərovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd edək ki, S.Əkbərovanın barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. İttihama görə, S.Əkbərova müxtəlif illərdə Bakıda 44 saylı, Abşeron rayonunda isə 5 saylı məktəblərin direktoru olub.

O, 44 saylı məktəbdə direktor işlədiyi vaxtda Arzu adlı tanışına onu paytaxtda məktəblərin birinə direktor təyin etdirəcəyini vəd edərək 150 min manat alıb. Bundan sonra o, həmin qadına birgə uşaq bağçası açmaq adı ilə vəd verərək yenidən 150 min manat alaraq ələ keçirib.

Daha sonra isə Abşeron rayon Mehdiabad qəsəbə 5 saylı orta məktəbə rəhbərlik etdiyi vaxt S.Əkbərova digər şəxsə övladının Rusiyada aldığı diplomu nazirlikdə təsdiqlədəcəyini vəd edərək altı min manat alıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Əkbərova 7 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, ona qarşı mülki iddia da təmin edilib. Hökmdə sabiq direktordan 300 min manatın alınaraq zərərçəkmiş şəxsə ödənilməsi qeyd edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            297 29.10.24 13:32